Quru dəri: simptomlar və səbəblər

Sağlam dəri orqanizmi infeksiya və bakteriyaların düşməsindən qoruyur, bədən hərarətini nəzarət altında saxlayır və lamisə prosesini təmin edir. Dəri maye itirir və quru olmağa başlayırsa, onun həssaslığı zəifləyir, yoluxma riski yüksəlir, erkən qocalma riski əmələ gəlir. Mayenin bərpa olunması problemini prosesə kompleks şəkildə yanaşdıqda, həll etmək olar1.

Quru dəri: simptomlar və səbəblər

Quru dəri normal və yağlı dəridən nə ilə fərqlənir?

Hər bir insan unikaldır. Biz hamımız yalnız gözlərimizin və saçlarımızın rəngi ilə, boyumuz və çəkimizlə fərqlənmirik. Hər birimizin dərisi öz fərdi xüsusiyyətlərinə – özünün unikal çalarına, çillərə, qalınlığa – malikdir. Gündəlik qulluq proqramının tərtib olunması zamanı kosmetoloqlar üzün dəri növünü öyrənirlər ki, daha effektiv kosmetika fərdi olaraq seçilsin1:

  • Normal dəri. Hər bir qadının xəyalı. Bu cür dəriyə malik qadınlara səpkilərlə, yağlı parıltı ilə və ya yığılma hissi ilə problemlər yaddır. Normal dəriyə minimal qulluq tələb olunur – gündəlik təmizləmə, nəmləndirmə və qidalandırma, gənc yaşlarda müntəzəm əsaslı qabıq vermə prosedurlarının keçirilməsi mümkündür.
  • Yağlı dəri. Yuyulduqdan biraz sonra əmələ gələn xarakterik parıltı ilə, genişlənmiş məsamələrlə və iltihablı proseslərə meylliliklə fərqlənir. Əsas qulluqdan başqa, bu cür dəri dəri piyinin ifrazını tənzimləyən əlavə prosedurların yerinə yetirilməsini, habelə iltihab əleyhinə vasitələrin istifadə olunmasını tələb edir.
  • Quru dəri. Cavanlıqda bu cür dəri çox gözəl olur, çünki onun üzərində məsamələr görünmür və o, çox incə olur. Lakin quru dəriyə qulluq göstərmək çətin olur, çünki o xarici amillərə qarşı həssas olur, tez qızarır və qabıq verir.

Quru dəri daha diqqətli qulluq tələb edir. Onu təmizləyərkən, prosedur miqdarının və onların intensivliyi dərəcəsinin həddindən artıq olmaması əhəmiyyətlidir, nəmləndirmə və qidalandırma üçün isə epidermisə yaxın komponentli vasitələri seçmək lazımdır1,2. Bepanten Derma kosmetik vasitələr xətti, dərinin mübadilə proseslərinin və su balansının bərpa olunmasına səbəb olan B5 provitaminin əlavə edilməsi ilə quru və quruluğa meylli olan dəri üçün hazırlanıb.

Quru əl dərisi: quruluq səbəbləri və mübarizə üsulları

Bir çox halda, dəri quruluğu problemi bədənin dəri örtüyünün maksimal nazik olduğu və ya daha çox xarici amillərin təsirinə məruz qaldığı sahələrində əmələ gəlir. Ekzema və atopik dermatitdən başqa2 dərinin qurumasına səbəb ola biləcək bir sıra səbəb mövcuddur:

Quru əl dərisi: quruluq səbəbləri və mübarizə üsulları
  • Antibakterial kremdən və ya sabundan tez-tez istifadə olunması hidrolipid mantiyasını məhv edir və dəri qiymətli mayeni itirir. Bir çox halda, bu problem peşə probleminə çevrilir və bir çox həkimlərdə rast gəlinir1.
  • Kimyəvi reagentlərlə, boyalarla təmas – bununla həm əlcəksiz məişət kimyəvi vasitələrdən istifadə edən evdar qadınlar, həm də aqressiv tərkiblərlə işləmək məcburiyyətində olan mütəxəssislər qarşılaşa bilər.
  • Qışda aktiv şəkildə istilik sisteminin, yayda isə kondisionerin istifadə edildiyi otaqda quru hava. Bu cür olan halda, dəri mayeni onun daha da az olduğu yerdən verməyə məcbur olur.
  • Yandıran günəş, külək, qar, qəfil temperatur dəyişikliyi də əllərin dərisinin müdafiə xüsusiyyətlərinə mənfi təsir göstərir. Maye itkisi xüsusilə qışda əlcək taxmadığımız zaman ağırlaşır.
  • Həddindən artıq və ya kifayət etməyən qulluq – iki ifrat dərəcəsi, hər ikisi dərinin maye saxlamaq qabiliyyətinə təsir göstərir. Tez-tez skrabların, köpüklərin, sabunun istifadə olunması müdafiə qatını məhv edir, kremin daima vurulması isə təbii maye ifrazını azaldır – dəri daima öz funksiyası barədə "unudur".

Bepanten Derma xəttindən olan əl üçün bərpa edici balzamın tərkibində yüksək miqdarda (5%) B5 provitamini mövcuddur. Əl üçün balzam dərinin təbii baryerinin bərpa olunmasına səbəb olur, dərini yumşaldır və nəmləndirir, habelə gündəlik istifadə üçün uyğundur.

Ayaqların quru dərisi ilə nə etmək lazımdır?

Özünə qulluq zamanı az adam ayaq dərisinin vəziyyəti haqqında düşünür. Nahaq. Pəncələr bir növ qan dövranının normal fəaliyyətinin göstəricisi kimi çıxış edir. Dəridə çoxlu miqdarda tər vəzilərinin olması səbəbi ilə, ayaqqabı geyindiyimiz zaman pəncə dərisində tez-tez həddindən artıq nəm mühit yaranır ki, bu mühit buynuz qatını yumşaldır və dərinin müdafiə funksiyasını pozur. Nəticə: kəskin çatlı və inkişaf etmiş sərtləşmə prosesli quru dəri1.

Ayaqların quru dərisi ilə nə etmək lazımdır?

Dəriyə sağlamlığını qaytarmaq üçün hər şeydən öncə quruluğun səbəbini müəyyən etmək lazımdır, bunun isə bir neçə səbəbi ola bilər2:

  • Topuq, pəncə və baldırlar başqa bədən sahələri ilə müqayisədə, daha az miqdarda piy vəzilərinə malikdir, buna görə onların quruluğa meylli olması təbiidir.
  • Dermatit, venoz çatışmazlıq əlavə olaraq problemi dərinləşdirir və dəri maye balansını daha çox pozur.
  • Yerli qan axınının pozulması (məsələn, həddindən artıq soyutma v ya şəkərli diabet zamanı) ona səbəb olur ki, dəri örtükləri lazım olan vitamin və mikroelementləri tam əldə etmir.
  • Səhv qulluq və ya qulluğun göstərilməməsi normal dərinin quru dəriyə çevrilməsi zəncirini tamamlayır.

Bepanten Derma seriyasından olan ayaq üçün bərpaedici krem ayaqların quru dərisini intensiv şəkildə qidalandırır, su balansını bərpa edir və dəriyə yumşaqlıq verir. B5 provitamini dərinin dərin qatlarına nüfuz edərək regenerasiya prosesini işə salır, sidik cövhəri və qliserin isə mayenin saxlanmasına səbəb olur və dərini yumşaldır.

Quru dodaqlar: incə dəriyə zərif qulluq

Dodaqların dərisi nazik olur, ətraf mühit dəyişikliklərinə və orqanizmdəki dəyişikliklərə xüsusilə sərt reaksiya verir, buna görə, ona qulluq göstərərkən, hətta ən kiçik amilləri nəzərdən qaçırmaq olmaz. Quruluğun və çatların əmələ gəlməsinin səbəbi aşağıdakılar ola bilər3:

Quru dodaqlar: incə dəriyə zərif qulluq
  • Xəstəliklər. Hərarət yüksəkdirsə, orqanizm intoksikasiya vəziyyətindədirsə, maddələr mübadiləsi pozulubsa, dodaqlar ilk növbədə əziyyət çəkir. Tez-tez dodaqların quru dərisi şəkərli diabet və ya böyrək çatışmazlığı kimi xəstəliklərin ilk simptomlarından biri kimi çıxış edir3,4.
  • Stress. Daimi həyəcan zamanı bir çox insan dodaqlarını yalayır və ya dişləyir ki, bu da müdafiə örtüyünün dağılmasına və qiymətli mayenin itirilməsinə səbəb olur.
  • Allergiya reaksiyası. Müasir dodaq kosmetikasının tərkibində orqanizmin yad olaraq qəbul edə biləcəyi və səpkilərlə, quruluqla və çatların əmələ gəlməsi ilə cavab verə biləcəyi bir çox nadir inqrediyent var.
  • Səhv qidalanma. Pəhrizə və müəyyən qidalanma sisteminə riayət edilməsi, habelə bunun ümumiyyətlə olmaması tez-tez avitaminoza səbəb olur ki, bu da dodaq dərisinin sağlamlığına təsir göstərə bilər3,4.
  • Zərərli vərdişlər. Tütünçəkmə, dırnaq və ya qələm ucu yemə vərdişi daima dodaqlara kənar əşyaların toxunması ilə əlaqədadır. Bu cür təmas zamanı lipid örtüyü dağılır və dodaqlar qalan mayeni də itirir.

Dodaqlara qulluq üçün Bepanten Derma xəttində Bərpaedici balzam və Dodaq boyası təqdim olunub. Balzam çatlamış dodaq dərisinin yumşalmasına və bərpa olunmasına səbəb olur, tamamilə hopur və makiyaj altına əsas kimi istifadə oluna bilər5. Dodaq boyası dərini nəmləndirir və qidalandırır, habelə, həssas dodaq dərisinin yüksək müdafiə dərəcəsi (SPF 50) sayəsində ultrabənövşəyi şüalanmadan müdafiəsini təmin edir.

Quru bədən dərisi ilə mübarizə

Quru dəri qaşınmaya, qabıq verməyə, yandırmaya səbəb ola bilər ki, bu da diqqəti gündəlik tapşırıqların həll olunmasından yayındıra bilər. İsti duş, balanslaşdırılmamış qidalanma, mayenin kifayət qədər qəbul edilməməsi, hormonal dərman vasitələrinin qəbul edilməsi – maye itkisinə tez-tez xarici amillər səbəb ola bilər, lakin bir sıra halda, səbəbin müəyyən edilməsi üçün dermatoloqa müraciət etmək lazımdır. Müalicəni tamamlamaqda və təbii su balansının bərpa olunması prosesini sürətləndirməkdə düzgün qulluq kömək edəcək2,4.

Quru bədən dərisi ilə mübarizə

Bepanten Derma bədənə qulluq üzrə kosmetik vasitələr xəttinə aşağıdakılar daxildir:

  • Nanosorb texnologiyasının tətbiq olunaması ilə hazırlanmış nəmləndirici losyon ən kiçik aktiv komponentlərin dərinin ən dərin qatlarına nüfuz etməsini təmin edir. Əsas təsiredici maddə olan B5 provitamini mübadilə proseslərinin işə düşməsinə səbəb olur, seramidlər və lesitin isə dərinin təbii lipid ehtiyatını doldurur və mayenin saxlanmasına səbəb olur. Losyon quru və həssas dəri üçün optimal seçimdir.
  • Aktiv HYDROVITON (Hidroviton) kompleksli və B5 provitaminli qidalandırıcı losyon dərini yumşaldır və nəmləndirir, onun müdafiə baryerini bərpa edir. Lipidlərin yüksək miqdarda olması (29%) quru və çox quru dəriyə qulluq üçün əhəmiyyətlidir.

Bepanten vasitələri dermatoloqların nəzarəti altında sınaqdan keçirilmişdir və gündəlik istifadə üçün uyğundur. Dəri növü üzrə uyğun olan losyonu vanna və ya duş qəbulundan dərhal sonra, bütün bədənə bərabər şəkildə paylayaraq, vurmaq lazımdır.

Quru dəriyə necə qulluq göstərmək lazımdır?

Quru və quru dərinin gündəlik təmizlənməsi, makiyajın yuyulması kimi, birinci yerdədir, lakin unutmamaq lazımdır ki, təmizləyici vasitələrin tərkibində həddindən artıq aktiv komponentlər olmalı deyil. Təmizləmədən sonra dərini tamami̇lə qurutmaq lazımdır1.

Quru dəriyə necə qulluq göstərmək lazımdır?

Dəri qabıq verirsə, fərdi kosmetoloq tövsiyələri alaraq, pilinq prosedurunu keçirmək olar. Pilinqə əlavə olaraq, kosmetoloqlar yüngül masaj etməyi tövsiyə edir ki, bu cür masaj qan axınını və faydalı maddələrin epidermisə daxil olmasını yaxşılaşdırır1.

Qulluq zamanı tərkibində hidrolipid örtüyünü və dərinin təbii müdafiə xüsusiyyətlərini bərpa edən nəmləndirici və qidalandırıcı elementlərin olduğu xüsusi kremin vurulması mütləqdir1,2. Quru dəri üçün Bepanten dəriyə qulluq üzrə vasitələr optimal olacaq.

Bepanten Derma məhsullarının əsas aktiv komponenti təbii regenerasiya proseslərini aktivləşdirən, hidrolidip mantiyasını və epidermisin müdafiə xüsusiyyətlərini bərpa edən B5 provitaminidir. Quru bədən, əl, ayaq və dodaq dərisinə qulluq üzrə geniş vasitə xətti ideal vasitə seçməyə imkan verir.

  1. Kosmetologiya. Hecazi L.A. redaksiyası ilə М., 2005. 197 s.
  2. Sirmays N.S., Tsıkin A.A., Kuznetsova Y.K. Dəri kserozu. Problemin xaricə qəbul üçün vasitələrlə həll edilməsi. Rusiya tibb jurnalı. 2015. № 9. s. 496-499.
  3. Uşaqlarda dodaq və dil xəstəlikləri. Tədris- metodiki vəsait. 2013. Minsk, Belarus Dövlət Tibb Universiteti. 47 s.
  4. Tamrazova O.B. Quru dəri sindromu. Consilium Medicum. Dermatologiya (Əlavə). 2014. № 3. s. 8-14.
  5. "Dermskan" laboratoriyasında istehlakçıların sınaqları nəticələrinə görə, 2007.