Sual – cavab

    Üz üçün Bepanten Plyus məlhəmi kiçik yaraların müalicəsi və işlənməsi üçün istifadə olunur. Dərman vasitəsindən yanıqlar, sıyrıqlar, kəsiklər, çatlar və digər kiçik dəri zədələri mövcud olduğu zaman istifadə etmək olar. Bepanten Plyus kremini üzün zədələnmiş nahiyəsinə kiçik layla, gündə bir neçə dəfə vurmaq, bu zaman dərman vasitəsinin gözlərə, qulaqlara və selikli qişalara düşməsinin qarşısını almaq lazımdır.

    Bepanten dərman vasitəsinin qadınlar və kişilər üçün istifadəsi xüsusiyyətləri fərqlənmir. Dərman vasitəsi həmçinin daima ətraf mühitin xoşagəlməz təsirinə məruz qalan dəriyə gündəlik qulluq üçün uyğundur. Bepanten kremi dəri quruluğunun müalicəsi və bu barədə xəbərdarlığın edilməsi məqsədilə, o cümlədən, müxtəlif etiologiyalı dermatitlər zamanı, göstərişlidir.

    Bepanten məlhəminin və kreminin (o cümlədən Bepanten Plyusun) yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilən istehsal tarixindən etibarən 3 il təşkil edir. Bu zaman Bepanten məlhəminin yalnız ətraf mühitin temperaturu 250C olmaqla saxlanmasına yol verilir. Açıldıqdan sonra, yararlılıq müddəti dəyişmir və, həmişəki kimi, qablaşdırmanın üzərində göstərilən müddətlə məhdudlaşdırılır.

    İstifadə təlimatına əsasən, Bepanten kremi və məlhəmi, yaşdan asılı olmayaraq, uşaqlar üçün əks göstərişli deyil. Yenidoğulmuşu üzünə Bepanteni, dəri quruluğu, qızartı və ya qıcıqlanma zamanı vurmaq olar.

    Miliariya tər vəzilərinin çıxış axacaqlarının fəaliyyətini pozulması nəticəsində inkişaf edir. Daha çox yenidoğulmuşlarda və əmizdirmə yaşında olan uşaqlarda rast gəlinir. İstifadə təlimatına əsasən, Bepanten yenidoğulmuşda miliariyaya qarşı istifadə olunmur. Bəzi hallarda, həkim Bepanten kremini və ya məlhəmini yanaşı xəstəlik əlamətlərinin aradan qaldırılması məqsədilə təyin edə bilər.

    Xüsusi olaraq dodaqların dərisi üçün Bepanten Derma pomadası və məlhəmi hazırlanmışdır. Pomada quru və çatlamış dərini qidalandırır və nəmləndirir, onu ultrabənövşəyi şüalardan qoruyur (müdafiə dərəcəsi SPF 50). Dodaqlara Bepanteni (Bepanten Dermanı) vaxtından əvvəl qocalmanın qarşının almaq məqsədilə də vurmaq olar. Bu effektə kəskin antioksidləşdirici xüsusiyyətlərə malik olan E vitamini sayəsində nail olunur. Tərkibinə həmçinin arı mumu və zeytun yağı daxildir ki, onlar da dodaqların dərisinə xoş təsir göstərir.

    Dəri qaşınması müxtəlif səbəblərlə yarana bilər. Bu simptom dərinin quruluğu nəticəsində inkişaf etmişdirsə, Bepanten xətti vasitələri, onu nəmləndirərək, qaşınmanı aradan qaldıra bilər. Qalan hallarda, Bepanten kremi, məlhəmi və digər vasitələri effektiv olmayacaq.

    Bepanten böyüklərdə və uşaqlarda günəş yanıqlarına qarşı istifadə oluna bilər. Dərman vasitəsinin əsas komponenti – dekspantenol dəridə brpa edici proseslərin normal gedişatı üçün zəruri olan pantotein turşusuna metabolizasiya olunur. Günəş yanıqlarına qarşı Bepanten kremindən o cümlədən hamilə qadınlar da, habelə, uşaq əmizdirmə dövründə, zədələnmiş dərinin nəmləndirilməsi məqsədilə, istifadə edə bilərlər. Dərman vasitəsi orqanizm tərəfindən yaxşı qəbul edilir və çox nadir hallarda allergik reaksiyaların əmələ gəlməsinə gətirib çıxarır.

    Bepanten kremindən və məlhəmindən çapıq və yara izlərinə qarşı istifadə olunmur, çünki dərman vasitəsinin tərkibində bu dəri qüsurlarının aradan qaldırılmasına səbəb olacaq komponentlər yoxdur.

    Allergik reaksiyaların orqanizmin müəyyən maddələrə qarşı fərdi hiperhəssaslığı səbəbi ilə yarandığına görə, istənilən digər dərman vasitələrinə olduğu kimi, Bepantenə qarşı da allergiya yaran bilər. Lakin, qeyd etmək lazımdır ki, adətən, dərman vasitəsi orqanizm tərəfindən yaxşı qəbul edilir və allergik reaksiyalar çox nadir hallarda inkişaf edir.

    Məlhəmdən uşaq əmizdirmə zamanı döşə qulluq məqsədilə, habelə, ağrı hisləri ilə müşayiət olunan gilə quruluğu və çatları yarandığı zaman istifadə etmək lazımdır. Bepanten məlhəmi hər uşaq əmizdirmədən sonra zədələnmiş nahiyələrə (gilənin areoluna) nazik layla vurulur. Uşaq əmizdirməzdən öncə, məlhəmi yumaq lazımdır.

    Yenidoğulanlar üçün Bepanten Plyusdan böyüklər üçün olan göstərişlərlə eyni olan göstərişlər üzrə istifadə etmək olar, yəni, yanıqlar, yaralar, sıyrıqlar, kəsiklər və infeksiya düşmə riski ilə digər dəri zədələnmələri. Dərman vasitəsi xaricə qəbul olunur. Onu zədələnmiş nahiyəsinə nazik layla, sutkada bir dəfədən bir neçə dəfəyədək, vururlar.