Профилактика опрелостей у новорожденных, причины появления, средс

Uşaq əmizdirərkən döş niyə ağrıyır?

Uşaq əmizdirərkən döş niyə ağrıyır?

Mündəricat:

  • Ağrı həmişə narahtlıq üçün səbəb deyil
  • Mammoloqun yanına getməyin vaxtının gəlib çatdığını necə başa düşmək olar?
  • Ağrının qarşısının necə almaq olar?
 

Körpə dünyaya gələrkən, döşlə əmizdirmə uşaın tam inkişafı üçün zəruri olan bütün maddələri almaqda kömək edir1. Bəzən, yenidoğulanın anası problemlə qarşılaşır: uşaq əmizdirərkən, döş ağrımağa başlayır. Laktasiyanın rahat keçməsi üçün, ağrının hansı səbəblə əmələ gəldiyini və onun necə yüngülləşdiriləcəyini başa düşmək lazımdır.

Ağrı həmişə narahtlıq üçün səbəb deyil

Döş gilələrinin çatları gilənin mərkəzindən onun kənarına (areolaya) doğru gedən xətti zədələrdir. Onlar tək-tək və ya çoxsaylı, müxtəlif dərinlikli, bir və ya hər iki süd vəzisində ola bilər. Çatlar uşaq əmizdirmə zamanı və ya hətta döş giləsinə toxunduqda kəskin ağrı hissi ilə müşayiət olunur. Zədələnmə nə qədər dərindirsə, ağrılar o qədər güclü olur. Bəzən çatlardan şəffaf maye və ya qanlı irin ifraz olunur. Yoluxucu ağırlaşmalar zamanı qızartı artır, kiçik yaralardan irinli ifrazat əmələ gəlir – yoluxucu iltihab inkişaf edir.

Uşaq əmizdirərkən ananın döşü ağrıyırsa, bu, təbii səbəblərlə baş verə bilər2:

Uşaq əmizdirərkən ananın döşü ağrıyırsa, bu, təbii səbəblərlə baş verə bilər
  • Uşaq dünyaya gəldikdən sonra, süd vəziləri süd ifraz etməyə başlayır. Qəfil süd axını döşdə xoşagəlməz hisslərə səbəb olur: sancma, sıxma və ya şiş. Laktasiya prosesi bir neçə ay ərzində qaydaya düşəcək. Bu dövr ərzində süd axını səbəbi ilə ağrılar normal hesab olunur. Onun öhdəsindən gəlmək üçün körpəni tez-tez əmizdirmək lazımdır.
 
  • Döş və gilələrin zərif dərisi tədricən uşaq əmizdirməyə uyğunlaşır. İlk zamanlar döş gilələrinin üzərində ağrıyan və ananı incidən kiçik çatlar əmələ gələ bilər. Bu cür problemin həll olunması üçün "xalq vasitələrindən" zədələrə qadının öz südünün sürtməsini qeyd etmək olar, mütəxəssislər isə yara sağaldan kremlərin, lanolinin istifadə olunmasını tövsiyə edir. Gilə çatlarının müalicəsi üçün Bepanten mazından istifadə etmək olar. Onun tərkibinə təbii lanolin3 və B5 provitamini daxildir. Maz uşaq əmizdirən analar üçün uyğundur, zərif dəriyə zədələrdən bərpa olunmaqda kömək edir4.

Çatlar dərin, döş gilələrinə toxunmaq isə çox ağrı verici olursa, həkimə müraciət etmək və zədələri müalicə etmək lazımdır. Yalnız bundan sonra uşaq əmizdirməyə davam etmək olar. Çatların əsas səbəbləri: körpənin döş giləsini səhv tutması, səhv süd sağma texnikası, uşağın uzun müddət bir döşlə əmizdirilməsi, uşağın qəfil süddən kəsilməsi və s5.

Mammoloqun yanına getməyin vaxtının gəlib çatdığını necə başa düşmək olar?

Mammoloqun yanına getməyin vaxtının gəlib çatdığını necə başa düşmək olar?

Döşdəki ağrı müalicəsi zəruri olan problemlərin simptomu ola bilər. Uşaq əmizdirən qadınların ən çox yayılmış patologiyalarından biri laktostaz, südün süd vəzisi axarlarında qalmasıdır2. Bu halın səbəbləri çoxdur:

  • vəzilər körpənin yediyindən daha çox süd ifraz edir;
  • süd vəzisi laktasiya zamanı sıxılmaqdan və ya südün aqressiv şəkildə sağılmasından zədələnir;
  • ana uşaq əmizdirməni qəfil dayandırır və s.

Iaktostaz zamanı qadın döşündə sıxlıq hiss edir; ödem əmələ gəlir, bədənin hərarəti arta bilər6. Laktostaz vaxtında müalicə olunmadığı zaman laktasiya mastiti inkişaf edə bilər. Mastit döşdəki zədə və çatlara bakterial infeksiya düşəndə əmələ gəlir. Bu zaman hərarət artır, körpənin anası zəiflik hiss edir, uşaq əmizdirmə vəziyyəti yüngülləşdirmir7. Laktasiya mastitini yalnız ginekoloqun, pediatrın və ya həkim-mammoloqun nəzarəti altında müalicə etmək lazımdır. Xəstəliyin ağırlığından asılı olaraq, o, konservativ terapiya təyin edəcək və ya əməliyyat müdaxiləsini seçəcək.

Uşaq əmizdirən zamanı qadının döşü ağrıyırsa, bir və ya hər iki gilədə sancma və atmalar hiss olunursa, diskomfortun səbəbi çox nadir hallarda vazospazm (Reyno sindromu) ola bilər8. Vazospazm zamanı gilələrin rəngi bəzən dəyişir: qan axınını səbəbi ilə solur və ya göyərir. Patologiyanın dəqiq səbəbləri məlum deyil. Həkim-mammoloq və ya mama-ginekoloq körpənin anasına fərdi müalicə seçməkdə yardım edəcək.

Gilə sahəsində xoşagəlməz hisslər, yanma, ağımtıl ərp – bütün bunlar süd yarasının simptomlarıdır9. Xəstəlik sadəcə ana üçün deyil, həmçinin uşaq üçün təhlükəlidir, çünki onun immuniteti infeksiyanın öhdəsindən gəlmək üçün hələ hazır deyil. Körpənin ağız boşluğunun xəstəliyə yoluxması ağırlaşmalara gətirib çıxara bilər, buna görə müalicə vaxtında olunmalıdır. Həkim göbələk əleyhinə vasitələr təyin edəcək və xəstəliyin residivindən qaçmaq üçün nə edilməli olduğunu bildirəcək.

Döşdə ağrı yüksək hərarətlə müşayiət olunursa, mümkün qədər tez bir zamanda mütəxəssisə müraciət etmək lazımdır.

Ağrının qarşısının necə almaq olar?

Ağrının qarşısının necə almaq olar?

Döşlə əmizdirmə ana və uşaq üçün əhəmiyyətli prosesdir. Onun yalnız sevinc gətirməsi və maksimal dərəcədə faydalı olması üçün10 müntəzəm olaraq həkimin yanına getmək və profilaktik tədbirlərə riayət etmək tövsiyə olunur11:

  • uşağın düzgün əmizdirilməsi texnikasını mənimsəmək;
  • döşlə əmizdirmə zamanı həm sol, həm sağ döşdən növbə ilə istifadə etmək;
  • südü ehtiyatla, əllə və ya süd sağanla sağmaq;
  • düzgün rahat alt paltarı geyinmək;
  • şəxsi gigiyenaya riayət etmək, lakin dəriyə travma vurmamaq üçün, döş gigiyenası prosedurlarını çox tez-tez təkrarlamaqdan qaçmaq;
  • özünü soyuğa verməmək, stress vəziyyətlərindən qaçmaq.

1. Furtsev V.İ. Hamiləliyin planlaşdırılması, doğuşa hazırlıq və laktasiya dövrlərində qadının qidalanması // Sibir tibb icmalı. 2010. №6. S. 1-13.

2. Bekarova A.M. Laktasiya edici süd vəzisi: baxım, profilaktika, müalicə. Tibb şurası. 2013. №8. – s. 69-71.

3. Məlhəmin tərkibindəki köməkçi maddə

4. Bepanten bişməcəyə və çatlara qarşı məlhəm – təlimat, istifadə, əks göstərişlər https://www.bepanthen.ru/preparaty/deti/bepanthen-maz-ot-oprelostej/

5. Averina V.İ. Laktasiya dövründə qadınlarda döş giləsi çatlarının profilaktikası və müalicəsi // Tibb şurası. 2014. S. 132-136.

6. Hüseynov A.Z., Milkeviç İ.N., Hüseynov T.A. Laktostazın müalicəsinə müasir yanaşmalar // Yeni tibb texnologiyaları xəbərləri. 2014. №4. S. 76-80.

7. Pustotina O.A. Rusiyada 642 zahıda laktasiya mastitinin müalicəsi təcrübəsi. Beynəlxalq tövsiyələrlə müqayisəli təhlil // V.F. Snegiryov adına mamalıq və ginekologiya arxivi. 2015. №2(2). S. 42-47.

8. Ələkbərov R.T. Reyno sindromu multidissiplinar problem kimi // Kliniki tibb almanaxı. 2014 №35. S. 94-100.

9. Saxaruk N.A., Kozlovskaya V.V. Kandidoz: etiologiyası, klinikası, diaqnostikası, müalicəsi. Vitebsk: Vitebsk Dövlət Tibb Universiteti, 2010. S. 31-97.

10. Qmoşinskaya M.V. Laktasiyaya təsir göstərən amillər // Müasir pediatriya məsələləri. 2013. №12(2). S. 139-141.

11. Travina M.L., Popov A.Q., Popov S.A., Kulikova Y.V. Erkən doğuşsonrası dövrdə süd vəzisi giləsi çatlarının profilaktikası // Müasir pediatriya məsələləri. 2017. №4. S. 297-303.

Pink and Grey Curve