Бепантен® - Бепантен - Как избавиться от сухости пяток?

Dabanların qurumasından necə xilas olmaq olar?

Как избавиться от сухости пяток?

Dabanların quruması və çatlar kifayət qədər yayılmış bir problemdir. Bu problem həm bir sıra xəstəliklərlə, həm də həyat və ya iş tərzi xüsusiyyətləri ilə əlaqəli ola bilər. Tibdə dəri örtüklərinin həddindən çox buynuzlaşmasına və qabıq qoymasına hiperkeratoz deyilir və onun aradan qaldırılması üçün dəriyə tam baxım tələb olunur.

Meyl yaradan amillər

Dabanların qurumasının və çatlamasının bir çox səbəbi var. Bir sıra hallarda, bu cür problemlərə yanaşı xəstəliklər və vəziyyətlər səbəb olur:

  • Yanlış qida rasionu səbəbi ilə nutritiv çatışmazlıq.
  • Hipovitaminoz, xüsusilə də A vitamini çatışmazlığı.
  • Aşağı ətraflarda arterial və venoz qan dövranının pozulması ilə əlaqədar xəstəliklər – venaların varikoz genişlənməsi, obliterasiya edici ateroskleroz.
  • 1 və ya 2 tipli şəkərli diabet.
  • Psoriaz və ya başqa dəri xəstəlikləri.
  • Sistemli autoimmun xəstəliklər.
  • Artıq bədən çəkisi.

Quru çatlamış dabanlar həmişə xəstəliklərlə əlaqəli olmur. Əksər hallarda, bu problemlərə pəncələrə kifayət qədər baxımın olmaması və fiziki aktivlik xüsusiyyətləri səbəb olur. Belə ki, işi səbəbi ilə daima ayaq üstə olması tələb olunan insanlarda dabanların dərisinin qurumasına daha çox rast gəlinir. Kifayət qədər əhəmiyyət kəsb edən daha bir amil ayaqqabıdır. Su buraxan materiallardan istehsal edilmiş dar və narahat ayaqqabı pəncələrin hamarlığının itməsinə səbəb olur. 

Hiperkeratozun və çatların inkişaf mexanizmi 

Daban dərisinin quruması təbii buynuzlaşma proseslərinin pozulması və dəri örtükləri epitelisinin qoparılması nəticəsidir. Adi halda, dəri daima yenilənir: köhnə hüceyrələr ölür, yeniləri onları əvəz edir. Ölü hüceyrələr dəridə özünəməxsus pulcuqlu qatdan ibarət olur ki, bu qat sonradan öz-özünə qabıq qoyur. 

Çatlar dəri örtüklərinin həddindən çox dartıldığı yerlərdə əmələ gəlir və onların adi hərəkətlər və yükləmələr zamanı dartılma qabiliyyətinin olmaması ilə şərtləndirilir. Buna dərinin quruluğu və onun normal xüsusiyyətlərinin dəyişməsi səbəb olur. Kifayət qədər elastikliyə və nəmliyə malik olmadığı yerdə, o, quruyur və, çatlar şəklində səthi qüsurların əmələ gəlməsi ilə, çatlayır. İkinci amil sağalma və epiteliləşdirmə proseslərinin pozulmasıdır. Bu uzun müddət sağalmayan çatlara səbəb olur. Zamanla, proses daha dərin dəri örtüyü qatlarına yayıla və kiçik xoralar əmələ gətirə bilər. 

Как избавиться от сухости пяток?

Terapiya üsulları

Quru dabanlara daima qulluq edilməlidir, fasilələr prosesin inkişaf etməsinə səbəb olur. Simptomlara təsir göstərməzdən öncə, risk amillərini aradan qaldırmaq: rasionda düzəliş etmək, rahat ayaqqabı almaq və ayaqların istirahətinə daha çox vaxt ayırmaq zəruridir. 

Ayaqların dərisinə müntəzəm baxım dabanların qurumasını aradan qaldırmağa və pəncələrdəki çatlardan xilas olmağa imkan verən əsas üsuldur.

Pəncələri təmiz saxlamaq lazımdır, yatmazdan öncə isə isti vanna təşkil etmək tövsiyə olunur. Bu dərinin yumşalmasına və ölü epidermisin qopmasına səbəb olur. Suya çobanyastığı və ya sürvənin sulu cövhərini, efir yağlarını və iri dəniz duzu kristallarını əlavə etmək olar. Ayaqlar 20- 30 dəqiqə ərzində buxara verilir, daha sonra isə, zərurət yarandıqda, pedikür prosedurları həyata keçirilir ki, bura aşağıda qeyd olunanlar daxildir:

  • Pəncə üçün xüsusi skrabların istifadə edilməsi.
  • Travma vurmayan səthə malik hamarlama bıçqılarının istifadə edilməsi.
  • Pəncələrin cihaz vasitəsilə hamarlanması.

Pedikür prosedurlarını 2 həftədə bir dəfədən az olmayaraq, keçirmək lazımdır. Quru dərini sərt üsullarla, məsələn, qayçı ilə, manikür maşası ilə kəsmə, əllə qoparma üsulları ilə, kəsmək qadağandır. Bu üsullar dəri örtüklərinə travmaların vurulmasına gətirib çıxarır və quru dəri ilə birlikdə sağlam dərini də götürür ki, bu cür etmək olmaz. Buynuzlaşmış dərini qoparmazdan öncə, sadalanan üsullarla mütləq dəri sakitləşdirici vannalar təşkil olunur.

Bu tədbirlər, adətən, kifayət etmir, çünki onlar vasitəsilə quru dabanlardan xilas olmaq həmişə alınmır. Effektiv üsul ayaq baxımı üzrə xüsusi kosmetik vasitələrin istifadə edilməsidir. Pəncə dərisi üçün kremlərin tərkibində vitaminlər kompleksi, sakitləşdirici, qidalandırıcı və nəmləndirici komponentlər olmalıdır. Artıq ölmüş epidermisi götürmək üçün, onların tərkibinə dərinin səthi və dərin qatlarına təsir göstərən və quru pulcuqların qopmasına səbəb olan maddə - sidik cövhəri daxil edilir. Quruluq əleyhinə kremi dabanlara vurmazdan öncə, adi gigiyenik prosedurları həyata keçirmək lazımdır: ayaq dərisi təmiz olmalıdır. Vasitələr hər gün, gündə 1- 2 dəfə vurulur.

Dabanların quruması problemlərinin öhdəsindən gəlməyə Bepanten Derma ayaq kremi kömək edir. Onun tərkibində B5 provitamini və E vitamini, sidik cövhəri və bir neçə növ yağ var. Bepanten Derma ayaq kremi həm artıq mövcud daban quruluğunun öhdəsindən gəlməyə, həm də onun qarşısını almağa kömək edəcək. Kremin komponentləri qidalandırıcı, nəmləndirici və qoruyucu təsir göstərir, sidik cövhəri isə sadəcə ölmüş hüceyrələri götürmür, həmçinin suyun epidermisdə tutulması sayəsində həddindən artıq buynuzlaşmaya maneçilik törədir. 

Quru dabanlara qulluq ev şəraitində həyata keçirilir, lakin yuxarıda sadalan xəstəliklər mövcud olduğu zaman tibbi yardım üçün müraciət etmək və müayinədən keçmək lazımdır. Bu cür olan halda, krem və məlhəmlərin istifadəsi ilə yanaşı, mövcud patologiyanın farmakoloji müalicəsi və ya artıq təyin edilmiş terapiyada düzəlişin edilməsi tələb oluna bilər.