Чем лечить ожоги: солнечные, термические, химические и другие | С

Yanıqlar: ilk yardım və müalicə

 
Yanıqlar: ilk yardım və müalicə

Məzmun cədvəli:

  • Yanıqların təsnifatı
  • Yanıqların dərəcəsi
  • Yanıq zamanı ilk tibbi yardım
  • Yanıqlar zamanı nələri etmək tövsiyə edilmir?
  • Yanıq zamanı hansı həkimə müraciət etmək lazımdır?
  • Yanıqların müalicəsi
  • “Bepanten Plus” – dəridə olan yanıqları sağaltmaq üçün vasitə

Hər kəs həyatında ən azı bir dəfə yanıqlara məruz qalıb1: isti tavanı götürüb, çimərlikdə yanıb, təhlükəli bir bitkiyə və ya meduza toxunub və s. Bu cür məişət xəsarətləri səhlənkarlığın, bilməməzliyin və ya diqqətsizliyin nəticəsidir. Kiçik xəsarətlərin öhdəsindən tək başına gəlmək mümkündür, ancaq bəzi hallarda bir həkim köməyinə ehtiyac duyulur. Bu məqalədə yanıqların nece olduqlarını, təcili bir həkimə müraciət etməyinizi və ya ev şəraitində etibarlı bir vasitə istifadə etməyinizi, həmçinin yanıqdan sonra düzgün müalicə və dəriyə qulluq etməyiniz barədə danışacağıq.

Yanıqların təsnifatı

Yanıq – orqanizmin dəri və toxumalarının zədələnməsidir, qaynar maye və ya qaynar əşyalarla, elektrik cihazlarla, isti buxar, kimyəvi maddələrlə təmas və həmçinin digər səbəblər nəticəsində yaranır. Yanıqların səthi və ya dərin olmasından, travmanın yaranma səbəbindən, sonraki ilk yardım və müalicə sxemi asılıdır.

Buna görə yanıq növləri haqqında bir fikiriniz olmalıdır.

Zədələnməni törədən səbəblərdən asılı olaraq yanıqları belə bölmək olar2:

  • Termiki – insan onları yüksək temperaturun təsiriylə qəbul edir. Bu cür hallar çox vaxt məişət şəraitində baş verir- məsələn, qaynar maye və ya qaynar əşyalarla, alovla, isti buxarla təmas nəticəsində. Onların vurduğu ziyan həm yüngül və səthi və çox ağır olub, insanın sağlamlığı və həyatı üçün təhlükə yaradır.
  • Kimyəvi – müxtəlif maddələr səbəbi ilə yaranır. Ev şəraitində bu tip yanıqlar, turşuların və qələvilərin təsirindən yaranır. Bunlar avtomobillər üçün istifadə olunan kimyavi maddələr, yuyucu vasitələr və ya sirkə turşusu ola bilər.
  • Elektrik – məişət texnikası ilə düzgün işləmədikdə, cərəyan olduqda və ya elektrik naqillərinə və ya təmasda olan kontaktlara toxunan zaman “qısa qapanma” olduqda dəridə, yumşaq toxumalarda və orqanlarda yaranır. Bu tip yanığın yüngül forması dərinin üst qatında kiçik xəsarətlə müşayiət olunur. Ancaq daha ciddi hallar, daxili orqanlara təsir edən və işlərini pozan geniş və dərin yaralanmalara səbəb ola bilər.
  • Şüalanma – ən çox ultrabənövşəyi şüalara uzun müddət və sıx məruz qalma səbəbindən baş verir. Məsələn, UV indeksinin yüksək olduğu saatlarda bağda yanan günəş altında işləmək və ya oturub dincəlmək günəş yanmasına səbəb ola bilər. Ümumiyyətlə bu cür yanıqlar səthi olur və müalicəsi nisbətən asandır. Şüalanmanın bir başqa daha təhlükəli mənbəyi - ionlaşdırıcı şüalanma ilə yaranan radiasiya yanıqları.
  • Qarışıq - bir neçə zərər verən amillərin təsiri altında əmələ gəlir.

Yanıqlar yerləşmə sahəsinə görə fərqlənırlər:

  • dəridə;
  • selikli qişada;
  • hava yollarında;
  • daxili orqanlarda.
Yanıqların dərəcəsi

Yanıqların dərəcəsi

Yanıqların ağırlığı birbaşa dərinliyinə görə müəyyən edilir. Yanıqların 4 dərəcəsi məlumdur və onların hər biri müəyyən simptomlarla xarakterizə olunur3.

I dərəcəli

Yanıq dərinin səth qatlarına təsir göstərir. Zədələnmiş hissədə qızartı, yüngül bir şişkinlik, şiddətli və ya orta dərəcədə ağrı, qızdırma ilə müşayiət olunur. Hərəkət zamanı da narahatlıq yarana bilər. Məsələn, əl və ya barmaqlar zədələnibsə, onları hərəkət etdirmək istəyərkən və ya yanmış hissəyə toxunduqda ağrı güclənir. Sadə müalicə ilə birinci dərəcəli yanıqlar böyüklərdə 2-3 gün, uşaqlarda 3-5 gün iz buraxmadan yox olur.

II dərəcəli

Dərinin daha dərin təbəqələri zədələnir və içərisində şəffaf maye olan suluqlar əmələ gəlir. Onların ətrafında iltihab əmələ gəlir, suluqların tamlığı pozulan zaman müxtəlif ölçülü yara səthi görünür. II dərəcəlı zədələnmə şişkinlik və qızartı ilə müşayiət olunur. Bu cür zədələnmədən sonra güclü ağrılar olur, bir müddət yuxu və adi həyat tərzi pozulur.Sağalma zamanı suluqların membranları yox olur və yaranın yerində qabığ əmələ gəlir.

III A dərəcəli

Dəri çox dərindən zədələnir, zədələnmiş hissədə sıx boz-qəhvəyi qabıq əmələ gəlir. Yaranmasından əvvəl ağrılar kəskin olur, çünki zərər sinir ucları ilə dəri qatlarına təsir göstərir. Taktil hissiyyat azalır, regenerasiya çox yavaş gedir, tez-tez dəri nəqli tələb olunur. Yanma xəstəliyinin inkişaf riski artır.

III B dərəcəli

Geri dönməz zərər yalnız dəriyə deyil, dərialtı toxumaya da təsir göstərir.

IV dərəcəli

Dərinin və alt qatda yerləşən bütün toxumaların, əzələlərin və sümüklərin zədələnməsi ilə müşayiət olunur.

İlk yardım göstərərkən və sonrakı hərəkətləri planlaşdırarkən yanma dərəcəsi yeganə göstəriş ola bilməz. Məsələn, ilk baxışdan asan görünən I dərəcəli zədələnmələrdə, böyük bir zərər sahəsi olan yanıq xəstəliyi inkişaf edə bilər, müalicəsi müstəqil olaraq həyata keçirilə bilməz. Bu vəziyyət daxili orqanların və bütün bədən sistemlərinin fəaliyyətinin pozulması ilə xarakterizə olunur. Şiddətli və geniş yanıqlar olduqda, müalicə və qulluq yalnız həkim nəzarəti altında aparılmalıdır.

Yanıq zamanı ilk tibbi yardım

Məişət şəraitində baş verən yüngül yanıqlar üçün ilk yardım qaydaları ilə tanış olaq

I dərəcəli kiçik bir sahənin termiki yanığı-əllərin, barmaqların yanıqları və s.

  • Yüksək temperaturun təsirini dərhal dayandırırıq;
  • Qaynar su, buxar və ya qaynar əşya ilə zədələnməsində, ağrıları azaltmaq üçün dərinin zədələnmiş bölgəsini sərin qaynadılmış su ilə yuyuruq;
  • Zədələnmiş hissəyə qarışıq bir vasitə çəkilir (dezinfeksiyaedici və yara sağaldan).

II dərəcəli termiki yanıq

  • Yüksək temperaturun təsirini dayandırırıq;
  • Zədələnmiş hissəyə qarışıq bir vasitə çəkilir (dezinfeksiyaedici və yara sağaldan);
  • Steril sarğı bağlayırıq. İnfeksiyanın qarşısını almaq üçün sarğını gündəlik dəyişdirmək lazımdır.

Dərinin sirkə turşusu ilə zədələnməsi

  • Yaranı təmiz axan su ilə yuyun;
  • Sirkə turşusunun təsirini neytrallaşdırmaq üçün zədələnmiş hissəyə soda, sabun və ya kül həllini çəkirik. Hamısı qələvi olub, turşu üçün antidot hesab olunurlar;
  • Açıq bir şəkildə və ya steril bir sarğı altında sağaldıcı və ağrıkəsici təsir göstərən vasitə istifadə edirik.

Dərinin yodla zədələnməsi

  • Yodun olduğu sahəni sərin su ilə yuyuruq;
  • Diş pastası, təbaşir, diş tozu, şəkər və ya sabun məhlulundan "neytralizator" olaraq istifadə edirik;
  • Lazım gələrsə, yara sağaldıcı vasitələdən istifadə edirik.

Yanığın yod ilə müalicəsi ev əraitində aparıla bilər,çünki zədələnmə birinci dərəcəli olur. Ancaq allergiya əlamətləri olarsa və ya zədələnmə böyük bir hissəyə yayılmışdırsa – həkimə müraciət etmək lazımdır.

Dərinin cərəyan ilə zədələnməsi (1ci dərəcəli)

  • Cərəyanın təsirini dayandırırıq. Yaralıya kömək edən şəxs mütləq təhlükəsizlikdə olmalıdır.
  • Dərini antiseptiklə zərərsizləşdiririk;
  • Yara sağaldıcı krem istifadə edirik.

Yanıq dəridə kiçik bir iz qoysa belə, mütləq həkimə müraciət etmək lazımdır. Zədələnmə yüksək gərginlikli cərəyan səbəbindən baş vermişsə və yaranan zədələnmə geniş və dərin olarsa, təcili tibbi yardım çağırılmalıdır.

Dərinin baldırğan ilə zədələnməsi5

  • Bitki şirəsinin olduğu hissəni sulu parça ilə isladırıq, dəridə şirəni yaymamaq şərti ilə;
  • Təsirə məruz qalan hissəni günəşdən bağlayırıq, mümkün olduğu qədər qapalı bir yerə gedirik;
  • Sabun və soda məhlulu ilə yuyuruq;
  • Antiseptiklə zərərsizləşdiririk;
  • Yara sağaldan vasitə çəkirik.

Gələcəkdə, baldırğan ilə zədələnmə allerqoloq tərəfindən xüsusi müalicə və müşahidə tələb oluna bilər.

Meduza ilə zədələnmə6

  • Dərhal dənizdən çixiriq;

  • Meduza və ya onun parçaları bədəndə qalıbsa, əlləri əlcək və ya ən azı dəsmal ilə qoruyaraq onları dəridən təmizləyirik;

  • Zədələnmiş hissəni antiseptiklə yuyuruq; tərkibində spirt olan məhlullardan istifadə etmək olar;
    Mümkün olduqca soda məhlulu ilə yuyuruq;

  • Əgər suluqlar əmələ gəlibsə, təmiz və nəm sarğı bağlayıb, tibb müəssisəsinə gedirik.

Meduza yanıqlarına qarşı məlhəm yalnız həkim tərəfindən təyin olunmalıdır. Zədələnmə az olsa belə, fəsadların qarşısını almaq üçün meduzanın yanığı üçün xüsusi bir müalicə lazım ola bilər.

Hər hansı bir yanıq dərinin, selikli qişanın, gözlərin və tənəffüs yollarının böyük bir hissəsinə təsir edərsə, zədəsi ağırdırsa və ya uşaq yaralanıbsa, təcili tibbi yardım lazımdır.

Yanıqlar zamanı nələri etmək tövsiyə edilmir

  • Yanıqların müalicəsi zamanı, məsələn, əldə və ya barmaqlarda olan suluqların ev şəraitində açılması arzuolunmazdır – punksiya etmək və membranı çıxarmaq üçün həkimə müraciət etmək daha məsləhətlidir. Suluğun altında açılan yaraya patogen bakteriyalar asanlıqla daxil olub, iltihaba və digər ağırlaşmalara səbəb olur.
  • Yanıq I dərəcəli olsa da, zədələnmiş dəriyə çirkli əllərlə toxunmaq məsləhət görülmür. Yara sağaldan vasitələri istifadə edərkən və ya sarğı dəyişdirərkən əllər yuyub, antiseptiklə zərərsizləşdiririk.
  • Zədələnmiş hissənin əlavə donmasına səbəb olmamaq üçün buz, soyuq metal və ya buz suyu istifadə etmək lazım deyil. Bu cür hərəkətlər müvəqqəti və qısamüddətli rahatlıq hissi yaratsa da, sonra ağrı yalnız güclənir. Narahatlıq hissini aradan qaldırmaq üçün yanmış dərini təmiz, sərin, lakin çox soyuq olmayan su ilə yaxalamaq olar.
  • Öz təhlükəsizliyinizə əhəmiyyət vermədən ilk tibbi yardım göstərməyin. Bu qayda əsasən, cərəyan və ya kimyəvi yanıqlarda zərər çəkən insanlara kömək edən zaman çox vacibdir.
  • Geniş yayılmış "xalq" ənənəsinə zidd olaraq, zədələnmiş bölgəni yağ və ya yağ tərkibli preparatlarla yağlamayın - zədələnmiş bölgədə “qabıq” yaratdıqları üçün ziyan dərəcəsi artır.
    Tərkibində spirt olan maddələrdən (antiseptik) istifadə etmək tövsiyə edilmir - bunlar əlavə yanmalara səbəb olur, ağrıları intensivləşdirir, zədələnmiş dərini qurudur, bərpasını pozur.

Yanıq zamanı hansı həkimə müraciət etmək lazımdır

Dərinin yüngül I dərəcəli yanığı zamanı klinikanın terapevtinə müraciət etmək olar. Zədələnmə II dərəcəlidirsə, cərrah və ya təcili yardım həkimi kömək edə bilər.

Kombustioloqlar-III və IV dərəcəli yanıqların müalicəsində iştirak edən həkimlərdir. Onlara "ağır" xəsarət almış, yanıq xəstəliyi və digər ağırlaşmaları olan xəstələr müraciət edirlər. Poliklinikada kombustioloq tapmaq çox çətindir, bir qayda olaraq, bu profilli həkimlər böyük və ya ixtisaslaşdırılmış tibb müəssisələrində işləyirlər.

Yanıqların müalicəsi

Məişət yanıqlarının ümumi müalicəsi bu məqsədlərə yönəlmişdir:

  • İnfeksiyadan qorumaq;
  • Normal reqenerasiyanı təmin etmək;
  • Narahatlığı aradan qaldırmaq.

Kiçik yanıqların müalicəsi (I dərəcəli) üçün yaxşı dərmanlardan istifadə edərək ev şəraitində aparmaq olar.

II dərəcəli yanıqların müalicəsində, suluqlar əmələ gələn zaman, aşağıdakı metodlardan istifadə olunur:

  • Açıq
    Açıq üsulla, təmiz havanın daimi axını səbəbiylə yanan dəri təbii şəkildə quruyur və asanlıqla sağalır. Bu metodun mənfi cəhəti- infeksiya riski daha yüksəkdir. Bundan əlavə, toxunma, sürtünmə və zədələnmiş hissəyə hər hansı digər mexaniki təsir bərpa prosesini yavaşladır və narahatlıq hissi yaradır.

  • Bağlı
    Qapalı üsülla, yanıq yerinə, məsələn, suluqların müalicəsində, nəmi çəkən steril sarğıları sağaldıcı vasitə ilə istifadə edilir. Onlar yaralardan ayrılan mayeni özünə çəkir, ikinci dərəcəli xəsarət və infeksiyalardan qoruyurlar. Sarğını mütəmadi olaraq dəyişdirmək lazımdır. Bədənin hərəkətli hissəsindəki və ya paltarla təmasda olan dəri zədələnirsə, yanıqları müalicə etmək üçün qapalı üsul tez-tez istifadə olunur. Qapalı üsülun mənfi cəhəti-mümkün ağrılı keçən sarğı prosesi və nisbətən böyük bir material istehlakı7.

  • Qarışıq
    Açıq və qapalı üsülları eyni vaxtda, müalicə müddəti ərzində ardıcılıqla istifadə etmək olar. Xəsarət alan istirahət edə biləcəyi zaman açıq üsul seçilir və yanıq yarası mexaniki təsirə məruz qalmayacaq. Sarğı isə yaranı infeksiya və həddindən artıq qıcıqlanmadan qoruyacaq, məsələn, insanın aktiv şəkildə hərəkət etməsi lazəmdırsa.

Yanıq zamanı fəsad olaraq ortaya çıxa biləcək iltihabı müalicə etmək üçün bəzən antibakterial dərmanlar və yanmış dəri sahəsinə əlavə müalicə təyin olunur.

Sağalma müddətində zədələnmiş hissədə mexaniki təsiri azaltmaq lazımdır –belə bərpa daha az vaxt aparacaq və yara iz qoymdan sağalacaq. Bu dövrdə reqenerasiyanı tezləşdirən və antiseptik təsir göstərən xüsusi vasitələrdən, məsələn, Bepanten Plus kremindən istifadə etmək məsləhət görülür.

“Bepanten Plus” – dəridə olan yanıqları sağaltmaq üçün vasitə

Məişət yanıqlarını yara sağaldan məhsullardan istifadə edərək, evdə müalicə etmək olar8. Kiçik dəri zədələnmələrində “Bepanten Plus” kremi istifadə olunur. Tərkibindəki xlorheksidin bakteriyaları öldürür və infeksiyanın qarşısını alır, beləliklə iltihab və fəsad riskini azaldır. Kremlərin tərkibində olan provitamin B5, dərinin təbii bərpasını təmin edir. Bundan əlavə, “Bepanten Plus”un əhəmiyyətli bir xüsusiyyəti soyutma təsiridir ki, ağrı azalır və insan özünü daha yaxşı hiss edir. Bunun sayəsində “Bepanten Plus” kremi anaların əvəzolunmaz köməkçisi olacaqdır. Yüngül teksturalı krem asanlıqla dəriyə hopur, əllər və paltarlar çirklənmir. Sarğı altından və ya açıq vəziyyətdə tətbiq etmək üçün uygundur. Bu cür vasitə ev, səyahət və ya uşaqların ilk tibbi yardım dəsti üçün əvəzedilməzdir, böyüklər və uşaqlar dərinin bərpası və qoruması, yüngül məişət yanığının tez bir zamanda sağalması üçün “Bepanten Plus” istifadə edə bilərlər.

Nəticə

Yadda saxlamaq lazımdır ki, həyatımız boyunca ən çox yüngül dərəcəli yanıqlarla rastlaşırıq, bunun əsas səbəbi təmizləyici vasitələr və məişət cihazlarından istifadə edən zaman təhlükəsizlik qaydalarına əməl edilməməsidir. Buna görə bu cür xəsarətlərin qarşısını almağın ən yaxşı yolu- ehtiyatlı və diqqətli olmaqdı.

1. ÜST, http://www.who.int/mediacentre/factsheets/fs365/ru/

2. "Yanıqlar və donmalar", İ.V. Mixin, Y.V. Kuxtenko, Volqoqrad dövlət tibb universiteti, Volqoqrad, 2012.

3. "Yanıqlar və donmalar", İ.V. Mixin, Y.V. Kuxtenko, Volqoqrad dövlət tibb universiteti, Volqoqrad, 2012.

4. Yanıqlar. İlkin yardım üzrə metodiki vəsait. https://med.wikireading.ru/9794

5. Nielsen, C., H.P. Ravn, W. Nentwig və M. Wade (eds.), 2005 Giqant baldırğan üzrə etibarlı təcrübə rəhbərliyi. Avropada invaziv alaq otlarının idarə edilməsi və nəzarəti üzrə rəhbərlik. Forest & Landscape Danimarka, Hoersholm, 44 s.

6. İlkin yardım və reanimasiya üzrə beynəlxalq rəhbərlik. Qırmızı xaç və Qırmızı Aypara cəmiyyətlərinin beynəlxalq federasiyası, Cenevrə, 2016-ci il – s. 107-109.

7. "Ümumi cərrahiyyə", Petrov Sergey Viktoroviç, SPb, "Lan" nəşriyyat, 1999.

8. Artıq erkən yarasağalma mərhələlərində istifadə edilə bilər. Yaraların sağalması: tədris- metodiki vəsait: M., 2004.

Blue and Grey Curve