Опрелости у ребенка: как выглядят, диагностика и возможные осложн

Bişməcə nədir?

Что такое опрелости?

Mündəricat:

  • Uşaqlarda bişməcə niyə yaranır?
  • Müxtəlif dərəcəli bişməcələrin simptomları
  • Bişməcəni digər xəstəliklərdən necə ayırd etmək olar?
  • Mümkün ağırlaşmalar
  • Nə etməli?
  • Profilaktika

Bişməcə nədir və onlar niyə əmələ gəlir?

Bişməcə müxtəlif amillərin (sürtünmə, nəmlə daimi təmas və s.) təsiri ilə əlaqədar olaraq əmələ gələn dəri qıcıqlanmasıdır. Bişməcəyə böyüklərdə də rast gəlmək olar, lakin daha çox balaca uşaqlarda rast gəlinir. Bu problemin fərqinə vaxtında varıldığı zaman onun öhdəsindən tez bir zamanda, istənilən ağırlaşmanı istisna edərək, gəlmək olar. Əsas məsələ körpənin vəziyyətinə diqqətlə nəzarət etmək və pediatrın tövsiyələrinə ciddi şəkildə riayət etməkdir.

Uşaqlarda bişməcə niyə yaranır?

Yenidoğulmuşlarda bişməcə yerli qızartılarla və iltihabla müşayiət olunan dəri qıcıqlanmasıdır ki, buna, adətən, 2- 3 həftəlik körpələrdən 12 ayadək olan uşaqlar məruz qalır. Bişməcə müəyyən amillərin təsiri altında əmələ gələ bilər, məsələn: 

  • mexaniki təsir – dərinin uşaq bezinə sürtülməsi, narahat alt paltarı və ya düzgün seçilməmiş geyim səbəbi ilə;
  • qıcıqlandırıcı amillərlə, məsələn, sidikdəki və nəcis kütlələrindəki fermentlərlə təmas; 
  • Su ilə davamlı təmas – uşaq tez-tez tərləyir və ya çimdirdikdən sonra dərisini kifayət qədər qurulamayıblar;
  • həddindən çox isti – yenidoğulmuş çox isti bükülüb və ya isti otaqdadır.

1 yaşa qədər olan uşaqda bişməcənin tez-tez əmələ gəlməsinin səbəbləri körpənin dərisinin quruluşu xüsusiyyətlərində gizlidir.

İnsan dərisinin yuxarı "qoruyucu" qatı buynuz qatı adlanır. Körpələrdə onun qalınlığı çox deyil, buna görə müxtəlif növ qıcıqlandırıcılara qarşı həssaslıq artır və tez-tez mikrotravmalar baş verir.

Buynuz qatının ibarət olduğu hüceyrələr arasındakı boşluğu lipid- zülal strukturu doldurur ki, bu struktura həmçinin lipid baryeri deyilir. Bu cür baryer dərinin ətraf mühitin təsirindən təbii müdafiəsini təmin edir. Uşaqlarda, tez-tez çimdiklərinə, gigyenik vasitələr düzgün seçilmədiyinə görə və ya sadəcə aktiv hərəkətlər zamanı, bu baryer dağıla bilər. Bundan əlavə, yenidoğulmuşların dərisinin pH-ı 3 aya qədər normallaşır – bu vaxta qədər nisbətən aşağı turşuluq dərəcəsi mümkün iltihabdan pis müdafiə edir1

Bu cür fizioloji xüsusiyyətlərə görə dəridə bişməcəyə daha çox balacalar məruz qalır. Bu problemin inkişaf etməsi riski o halda artır ki, körpə allergiyaya meylli olsun, artıq bədən çəkili olsun, damarları dəri səthinə yaxın yerləşmiş olsun. Bundan əlavə, qız uşaqları, oğlan uşaqları ilə müqayisədə, bişməcədən daha çox əziyyət çəkirlər.

Что такое опрелости?

Müxtəlif dərəcəli bişməcələrin simptomları

Uşaqda bişməcənin (və ya bələk dermatitinin) 3 dərəcəsi olur, onların hər birinə öz simptomları xasdı2:

  • 1 dərəcə – kiçik yerli qızartılar. Onlar daha çox dərinin qatlandığı yerlərdə (qasıq, qoltuqaltı nahiyyələrində, əl və ayaqlarında, boğazlarında), yanları arasında və qarınlarının aşağı hissəsində, uşaq bezinin rezininin olduğu yerdə mövcud olur. Onlar əmələ gəldiyi zaman uşaq adətən sakit olur, narahatlıq əlamətləri olmur, dəri zədələnmir;
  • 2 dərəcə – qızartıdan əlavə olaraq, dəridə mikroçatlar əmələ gəlir. Bu cür olan halda, qızartı daha kəskin olur, eroziya izləri, nadir hallarda kiçik irinliklər görünür. Bu mərhələdə körpə narahat olur, əllərini dərinin qıcıqlanan nahiyələrinə uzada, gigiyenik prosedurlar zamanı, uşaq bezi taxıldığı zaman şıltaqlıq edə bilər;
  • 3-cü dərəcə – ən güclü bişməcə dərəcəsi. Bu mərhələdə eroziya və qızartılar güclənir, kiçik çatlar sulanmağa başlayır. Dəri irinliklərlə və kiçik xoralarla örtülür. Onlar ağrı və qaşınmaya səbəb olur ki, onlar da uşağa yatmağa, yeməyə və oynamağa maneçilik törədir.

Çox kəskin bişməcə simptomları müəyyən edildiyi zaman pediatra müraciət etmək zəruridir, çünki bu cür qıcıqlanmanı daha ciddi xəstəliklərlə səhv salmaq asandır və yalnız həkim dəqiq diaqnoz qoya, habelə, körpə üçün təhlükəsiz müalicə təyin edə bilər.

Bişməcəni digər xəstəliklərdən necə ayırd etmək olar?

Bişməcə diaqnostikasının əsas üsulu vizual baxışdır. Xəstəxanada bu baxışı pediatr və ya dermatoloq keçirir. Problem hər hansı bir ağırlaşmalarla müşayiət edildiyi zaman qaşıma və bakterioloji əkmə təyin edilə bilər. Kiçik uşaqların valideynləri asanlıqla 3-cü ağırlıq dərəcəli bişməcəni digər xəstəliklərlə – müxtəlif xarakterli dermatitlərlə, yoluxucu və göbələk xəstəlikləri ilə səhv sala bilər, buna görə, bişməcənin digər xəstəliklərdən fərqlərini bilmək əhəmiyyətlidir.

Bişməcə zamanı2-3

  • qıcıqlanma dərinin qatlanan yerlərində və paltara və ya uşaq bezinə sürtülmə mövcud olduğu yerlərdə yerləşir. Allergik səpki başqa yerlərdə də əmələ gələ bilər, məsələn, üzdə, beldə, sinədə;
  • ən erkən mərhələdə dəri çəhrayı və ya biraz qırmızı olmağa başlayır. Bu cür vəziyyət bir neçə gün qala və, düzgün baxım zamanı, öz-özünə yox ola bilər. Yoluxucu xəstəliklər zamanı dəyişikliklər daha kəskin olur və ixtisaslaşdırılmış müalicə olmadan, keçmir;
  • zədələnmiş nahiyənin kənarları, bir qayda olaraq, nahamar olur, aydın sərhədləri olmur. Yoluxucu xəstəliklər zamanı dəridəki əmələgəlmələr başqa cür ola bilər. Məsələn, dəmrov zamanı zədələnmiş nahiyələrin aydın relyefli konturları olur və mərkəzdəki hissələri daha açıq rəngdə olur;
  • 1–2 dərəcəli bişməcə zamanı qızartılar qanamır; onun üzərində allergik dermatit zamanı əmələ gələn düyünlər və səpkilər olmur;
  • bişməcənin əmələ gəlməsi zamanı bədən temperaturu qalxmır ki, məxmərək, rozeola və digər uşaq xəstəlikləri zamanı bədənin temperaturu qalxır.. 

Unutmamaq lazımdır ki, körpənin sağlamlığında problemlər olduğu zaman, hətta bu problemlər cüzi olsa belə, həkimlə məsləhətləşmək lazımdır. Hər hansı vasitələrdən özbaşına və tövsiyə olmadan istifadə etmək arzuolunan deyil, çünki onlardan heç də hamısı erkən yaşlı uşaqlara uyğun gəlmir.

Что такое опрелости?

Mümkün ağırlaşmalar

Onlara vaxtında diqqət yetirdikdə, bişməcə asanlıqla müalicə olunur. Başa düşmək lazımdır ki, erkən yaşlı uşaqların qıcıqlanmış dərisi, xüsusilə də üzərində sulanan hissələr və mikroçatlar əmələ gəldiyi zaman, mənfi xarici amillərə qarşı çox həssas olur. Valideynlər problemə fikir vermədiyi və ya pediatrın göstərişlərini ciddiyə almadığı halda, bu ilk baxışdan cüzi problem ağırlaşmalara səbəb ola bilər. Onların misalı olaraq, aşağıdakıları göstərmək olar1-3:

  • bakterial infeksiyalar – irinliklərə və xoralara səbəb olan streptokokkların və digər mikroorqanizmlərin zədə vurması;
  • göbələk zədələri – cinsi orqanlar, qasıq və arxa keçid nahiyəsində kandidoz.

Bundan əlavə, güclü bişməcə zamanı uşaq çox narahat olur. Hər bir hərəkət zamanı ağrı hissləri, qaşınma, yandırma və diskomfort körpəyə normal yemək yeməyə imkan vermir, yatmağa maneçilik törədir və hətta oynayarkən və ya sakit durarkən belə əhvalını korlayır.

Nə etməli?

Birinci dərəcəli bişməcə zamanı aşağıdakılar tövsiyə olunur1-3:

  • optimal gigiyena vasitələrini seçmək – bir neçə dəfə istifadə üçün nəzərdə tutulan, qıcıqlanmaya səbəb olan uşaq bezlərindən və bələklərdən imtina etmək, bişməcə pampers səbəbi ilə əmələ gəldiyi halda, uşaq bezi markasını dəyişmək;
  • Düzgün baxımı təmin etmək – uşağı təmiz yumaq, dərini təmiz qurutmaq, dəriyə daima havanın keçməsindən əmin olmaq;
  • həddindən çox istini istisna etmək – istirahət edərkən və ya aktiv oyunlar zamanı uşağa isti olmamalıdır, əsasən vaxtını keçirdiyi otaqda temperaturun tənzimlənməsi də həmçinin əhəmiyyət kəsb edir;
  • uyğun geyim seçmək – boğazda və qoltuqaltında qızartılar əmələ gəldiyi zaman uşağa yalnız elə paltar geydirmək olar ki, onlar porblemli nahiyələri sürtməsin, həmin nahiyələri sıxmasın.

Bu müalicə mərhələsində qıcıqlanmanı azaldan və dərini təbii şəkildə bərpa edən vasitələr, məsələn, Bepanten Məlhəm, öz effektivliyini nümayiş etdirmişdir. Tərkibində yüksək miqdarda4 təbii lanolinin və B5 provitamininin olduğuna görə, "Bepanten" məlhəmi qayğı göstərək, zədələnmiş dərinin bərpasını və onun təbii şəkildə sağalmasını stimullaşırır. Bu vasitə etibarlı müdafiə baryeri yaradır ki, həmin baryer sidiyin və nəcisin qıcıqlandırıcı maddələrinin arqessiv təsirini azaldır, bu zaman dəriyə nəfəs almaq imkanı verir2. Vasitənin əlavə üstünlüyü yüksək təhlükəsizlik profilidir: onun tərkibində boyaq maddələri, parabenlər və körpə üçün təhlükə törədə biləcək digər komponentlər yoxdur. Bişməcə ilə mübarizə üçün, "Bepanten" məlhəmini qızartıların ilk əlamətləri özünü büruzə verdiyi zaman, hər dəfə bez dəyişərkən vuraraq, istifadə etmək tövsiyə olunur2-3.

Bişməcə 2-ci və ya 3-cü ağırlıq dərəcəsinə çatdığı halda isə, müvafiq müalicəni həkim, uşağın fərdi tələbatlarından və onun möcvud vəziyyətindən irəli gələrək, təyin etməlidir. Mütəxəssis dərinin bərpası və müdafiəsi üçün məlhəmlərin, quruducu kompresslərin, bitki tərkibli və başqa əlavəli müalicəvi vannaların istifadəsini tövsiyə edə bilər. Müsbət effekti mümkün qədər tez bir zamanda əldə etmək üçün,kompleks yanaşma tələb olunacaq. Valideynlərə sadəcə həkimin tövsiyə etdiyi tədbirləri görmək deyil, həmçinin uşağa baxım rejimində düzəlişlər etmək lazım olacaq.

Что такое опрелости?

Profilaktika

Bişməcənin qayıtmaması üçün, körpəyə düzgün baxımı təmin etmək lazımdır1-3.

Gigiyena

Nəcis və sidiyin tərkibində aqressiv, dərini qıcıqlandıran maddələr var. Onlar uzun müddət ərzində dəri ilə təmasda olduğu zaman qıcıqlanma güclənir. Məhz buna görə, bişməcənin profilaktikası üçün, nəmi tez bir zamanda hopdura biləcək birdəfəlik uşaq bezlərinə üstünlük vermək lazımdır. Bundan əlavə, pamperslər uşağın yaşına və çəkisinə tamamilə uyğun gəlməlidir. Uşaq bezlərini onlar dolduqca, fasilələr zamanı hava vannaları təşkil edərək, dəyişmək tövsiyə olunur. Dərinin pampersə necə reaksiya verdiyinə nəzarət etmək əhəmiyyətlidir – bu materiallara və ya pampersə hopdurulmuş maddələrə qarşı allergik reaksiyanı vaxtında istisna etməyə imkan verəcək.

Çimdirmə

Yuma və çimdirmə zamanı xüsusi olaraq yenidoğulmuşlar üçün hazırlanmış hipoallergen vasitələrdən istifadə etmək zəruridir. Su prosedurlarından sonra, uşağın dərisini yaxşıca qurulamaq lazımdır. Bişməcə artıq əmələ gəlibsə, onları sürtmək olmaz: dərinin qatlanan yerlərində artıq suyu ehtiyatlı hərəkətlərlə, suyu pambıq bezi ilə və ya yumşaq dəsmalla hopduraraq, qurulamaq lazımdır.

Uşağın geyiminə qulluq:

Toza və ya təravətləndiriciyə allergiya bişməcənin ağırlaşmasına səbəb ola bilər. Buna görə, körpənin konkret yaşına uyğun olan təhlükəsiz məişət kimyasına üstünlük vermək tövsiyə olunur.

Geyimin seçilməsi

Həddindən çox tərləmə bişməcəyə səbəb olan əsas amillərdən biridir, axı, həddindən artıq isinmə səbəbi ilə, dəri qıcıqlanmaya qarşı daha həssas olur. Uşağı havaya uyğun olaraq geydirmək, donmasından qorxaraq, bükməmək lazımdır. Həmçinin sərbəst, lakin çox boş olmayan paltar seçmək daha yaxşıdır. Geyim təbii və yumşaq parçalardan hazırlanmalıdır.

Evin mikroiqlimi

Uşaq və yataq otağında düzgün mikroiqlim yaradılmadığı halda, məsələn, temperatur rahat səviyəyə qədər endirilmədiyi, və normal rütubət təmin edilmədiyi halda, bişməcə il boyu narahat edə bilər. Bu cür tədbirlər körpəni dəri qıcıqlanmalarından müdafiə etməyə imkan verəcək, onun əhvalını yaxşılaşdıracaq və məhsuldar yuxu ilə təmin edəcək.

Bişməcə xoşagəlməz problemdir, lakin, uşağa düzgün baxımı və sadə qaydalara riayət edilməsini təmin edərək, onun öhdəsindən asanlıqla bir neçə günə gəlmək olar.

Image