Бепантен Плюс в лечении ран и ссадин

Yaralar niyə sağalmır?

 
Yaralar niyə sağalmır?

Mündəricat:

  • Yaraların sağalma sürətinə təsir edən nədir?
  • Yaraların sağalmasını necə sürətləndirmək olar?

Normada istənilən dəri zədəsi 4 mərhələdən keçir: qanaxmanın dayandırılması, infeksiyaya qarşıdurma ilə iltihab, yeni hüceyrələrin yaranması və dərinin bərpa olunması. Lakin bu proseslər bir çox amillə pozula bilər. Bu cür olan halda, fazalardan biri, daha çox iltihab fazası, uzanır və yara sağalmır1.

Yaraların sağalma sürətinə təsir edən nədir?

Yaraların sağalma sürətinə təsir edən nədir?

Toxumaların sağalmasına təsir göstərən bütün amillər lokal və sistem amilləri olaraq iki yerə bölünür. Lokal amillər bilavasitə olaraq yaradakı proseslərə təsir göstərir. Bu, birincisi, kifayət qədər oksigenin daxil olmasıdır ki, oksigen bütün hüceyrə prosesləri üçün əhəmiyyətlidir. İkincisi, sağalmanı ləngidə biləcək infeksiya. Təbii müdafiə baryeri pozulduğu zaman toxumaya infeksiyaya səbəb olan mikroorqanizmlər düşür. İltihab normal prosesdir, onun sayəsində, orqanizm mikroblardan qurtulur. Lakin yara pis dezinfeksiya olunmuşdursa, iltihab uzanır1.

Toxumaların bərpa olunmasına təsir göstərən digər amillər insanın özündən asılıdır:

  • Yaş. 85% halda xroniki yaralara yaşı 65-dən çox olan şəxslərdə rast gəlinir. Yaş keçdikcə, sağalma daha yavaş gedir, epitelləşmə və kollagen sintezi ləngiyir1;
  • Cins. Kişilərdə, qadınlarla müqayisədə, kəskin yaralar daha yavaş sağalır. Qadın hormonları toxumaların regenerasiyasında kömək edir, kişi hormonları isə, əksinə, onu ləngidir;
  • Stress O, orqanizmin immun cavabını boğur və iltihab fazasını uzadır;
  • Diabet bütün bərpaedici mexanizmləri pozur: qan damarlarının zədələnməsi səbəbi ilə, hüceyrələr daha az oksigen əldə edir, iltihab agentlərinin ifrazı azalır, dərinin bərpası ləngiyir;
  • Dərmanlar, məsələn, qlükokortikosteroidlər, qeyri-steroid iltihab əleyhinə vasitələr və kimya terapiyası üçün dərman vasitələri, toxumaların bərpasını dayandırır;
  • Piylənmə yaraların sağalmasına yerli iltihab səviyyəsində (yara kənarlarının pis tutuşdurulması, ödemə meyllilik, daima infeksiyanın mövcud olması) mənfi təsir göstərir;
  • Dərinin qidalanması da hüceyrə proseslərinə təsir göstərir. A, E, C vitaminləri, omeqa-3 turşuları çatışmazlığı zamanı kəsik və sıyrıqlar daha yavaş dartılır;
  • Tütünçəkmə. Tütün çəkən şəxslərdə itlihabın inkişaf etməsi, yaranın, nekrozun və digər ağırlaşmaların əmələ gəlməsi riski daha yüksəkdir.
Yaraların sağalmasını necə sürətləndirmək olar?

Yaraların sağalmasını necə sürətləndirmək olar?

Normal yara sağalmasının əsas şərti sağlam həyat tərzi, ciddi xəstəliklərin olmaması və yaranın düzgün emalıdır.

 

İnfeksiyanın qarşısını almaq üçün, travma almış sahəni dərhal antiseptiklə və ya təmiz su ilə yumaq lazımdır. Xəstəliyə tutulma riski və ya yoluxmanın aşkar əlamətləri (ağrılıq, irin, iltihab sahəsinin böyüməsi) əmələ gəldiyi zaman antibakterial vasitələrə: mazlara və tozlara əl atmaq zəruri olur. Əlbəttə ki, dərman vasitəsinin özünü və müalicə sxemini bu halda həkim təyin edir2.

Hüceyrələrin bölünməsi mərhələsində dekspantenollu yara sağaldan vasitələr, məsələn,Bepanten kömək edəcək. Dekspantenol bir çox prosesi tənzimləyir3:

  • dəriyə mayeni qoruyub saxlamaqda kömək edir;
  • dəri karkasını yaradan birləşdirici toxuma hüceyrəsi olan fibroplast sintezini aktivləşdirir;
  • yaranın dartıldığı zaman əmələ gələn qaşınma və qıcıqlanmanı yüngülləşdirir.

Dekspantenoldan başqa, Bepanten Plus kreminin tərkibində infeksiyadan müdafiəni gücləndirən xlorgeksidin var.

Dekspantenol əsaslı krem və məlhəmlərin az sayda yan effektlərə malik olur, qıcıqlanma və allergiyanın yaranma riski çox cüzidir. Lakin istifadə etməzdən öncə, həkimlə məsləhətləşmək və Bepanten Plus təlimatını öyrənmək daha yaxşı olar.

Image