Bepanten mazı və kremi arasındakı fərq nədir?

Бепантен Мазь
Bepanten mazı və kremi arasındakı fərq nədir?

Bepanten iki dərman formasında – krem və məlhəm formasında buraxılır. Dərman vasitəsinin hər ikisi yerli istifadə üçün nəzərdə tutulub, lakin almazdan öncə nəzərə alınmalı bir sıra fərqə malikdir.

Dərman vasitələrinin tərkibi

Bepanten kreminin tərkibi     Bepanten mazının tərkibi
Təsiredici maddə
Dekspantenol     Dekspantenol
Köməkçi maddələr
Setil spirti     Setil spirti
Stearil spirti     Stearil spirti    
Təmizlənmiş su     Təmizlənmiş su    
Lanolin (bir qramda 13 mq)     Lanolin (bir qramda 250 mq)
DL-pantolakton     Protegin-X
Fenoksietanol     Arı mumu
Kalium setilfosfat     Yumşaq və maye parafin
Propilenqlikol     Badam yağı
İzopropilmiristat      

Kremin mazdan əsas fərqi tərkibindəki lanolin miqdarıdır1. Bu təbii mənşəli maddədir: o, tərkibinə görə maksimal dərəcədə təbii insan dərisi sekretinin tərkibinə yaxınlaşdırılmışdır. Lanolinin əsas xüsusiyyəti yarıkeçiricilikdir ki, bunun sayəsind, dərinin etibarlı müdafiəsi yaranır və qaz mübadiləsi pozulmur. Bir əhəmiyyətli xüsusiyyət var – lanolinin səthi örtük yaratmaq və dərinin qırış yerlərində sürtünməsinin qarşısını almaq qabiliyyəti. Bu travmaalma və dermatitin inkişaf etməsi riskini azaldır2.

Lanolinin müxtəlif miqdarı səbəbi ilə, Bepanten kremi və mazı müxtəlif xüsusiyyətlərə malikdir. Kremin tərkibində lanolin kiçik miqdarda mövcuddur və "suda yağ" emulsiyası təşkil edir. Bunun sayəsində dəri dərman vasitəsini tez hopdurur və o, dərini aktiv şəkildə nəmləndirir.

Bepanten mazının tərkibində aşağıdakı xüsusiyyətlərə malik komponent olan lanolin demək olar ki, 20 dəfə çox olan miqdarda mövcuddur3:

  • dərinin səthində qoruyucu örtük yaradır ki, həmin örtük onun travma almasına və qurumasına maneçilik törədir;
  • əsas təsiredici maddəolan dekspantenolun daha dərinə nüfuz etməsini təmin edir;
  • dəridə infeksiya proseslərinin inkişaf etməsi barədə xəbərdarlıq verir.

Bepantenin həmmazı, həm də kremi dəriyə asanlıqla vurulur, onları yumaqlazım deyil, onların tərkibində zərərli komponent yoxdur və onlardan gündəlik olaraq istifadə etmək olar.

Nəyi seçmək lazımdır: kremi, yoxsa mazı?

Nəzərə alsaq ki, krem və mazın istifadə sahələri oxşardır, hətta həkim-pediatrlar bəzən lazımi dərman vasitəsini düzgün təyin etmir. Hər iki forma müxtəlif dəri problemlərinin aradan qaldırılması üçün istifadə oluna bilər, lakin bəzi istisnalar mövcuddur.

Dərinin quruluğunu aradan qaldırmaq üçün daha çox Bepanten Krem uyğundur. O, atopik dermatit, psoriaz, ekzemalar və s. zamanı quruluğu aradan qaldırmaqda kömək edir. Krem dərinin quruluğunu və qaşınmasını aradan qaldırmaqda, bununla da, xarici dəri örtüyünün vəziyyətini yaxşılaşdırmaqda və sağlamlıq üçün xoşagəlməz nəticələrin qarşısını almaqda kömək edir.

Halbuki Bepanten Maz bişməcənin və bələk dermatitinin müalicəsi üçün nəzərdə tutulub. O kiçik yanıqları, qıcıqlanmaları və çatları sağaldır.

Bepanten kreminin istifadə qaydası

Bepanten Krem böyüklərdə döş gilələri üzərindəki sıyrıqların və çatların, habelə uşaqlarda dəri quruluğunun müalicəsi zamanı istifadə oluna bilər. Vasi̇təni̇ hər gün istifadə etsəniz, krem dəri quruluğunun profilaktikasına2, habelə, artıq mövcud qıcıqlanmanın aradan qaldırılmasına səbəb olur. Kremi dərinin istənilən sahələrinə, o cümlədən üzə vurmaq olar.

Kremi yalnız xaricə istifadə etməyə icazə verilir. Onu sutkada 1-2 dəfə, nazik layla dərinin zədələnmiş sahəsinə vururlar.

Bepanten mazının istifadə qaydası

İstifadə üzrə təlimata əsasən, Bepanten mazını aşağıdakı hallarda istifadə etmək olar:

  • yenidoğulanlarıda bələk dermatitinin və bişməcənin müalicəsi zamanı;
  • uşaq əmizdirmə zamanı döş giləsinin quruluğu və çatlarının müalicəsi zamanı;
  • dəri quruluğunun profilaktikası və müalicəsi məqsədilə;
  • dərinin cızıqlar, kiçik sıyrıqlar, xora və yataq yaraları nəticəsində zədələnməsi zamanı regenerasiyası prosesinin stimullaşdırılması üçün.

Dərman vasitəsini gündə bir və ya iki dəfə dərinin problemli sahəsinə vurmaq kifayət edir. Maz nəm itkisinin qarşısını alan qoruyucu örtüyün əmələ gəlməsinə səbəb olur. Yeni doğulan uşaqlar nəm itkilərinə qarşı çox həssas olurlar, dərinin tərkibində isə onun ümumi həcminin 17% mövcuddur4. Lanolin nəmin qorunub saxlanmasına səbəb olur və dəri örtüklərini dərinin bezlə və ya bələklə təmas etdiyi yerlərdə mexaniki təsirlərdən qoruyur2. Vasitə bez altına istifadə olunursa, onu hər bez dəyişdirildikdə istifadə etmək olar. Döş gilələrin üzərinə maz hər uşaq əmizdirildikdən sonra vurulur.

Крем или мазь?

Bepanten mazını həm müalicəvi, həm də profilaktik məqsədlə istifadə etmək olar. RTEA USEM DM tərəfindən keçirilmiş tədqiqatla müəyyən edilmişdir ki, 40 uşaqda, Bepanten mazının gündəlik istifadəsi zamanı heç bir dermatit halı aşkar olunmamışdır. 22 uşaqdan ibarət nəzarət qrupu digər istehsalçıların dekspantenol əsaslı mazlərini qəbul edirdi. Onlarda bələk dermatiti 10 halda təsbit olunmuşdur. Bundan əlavə, bu qrupdan olan 4 uşaqda mazın vurulduğu yerdə allergik reaksiya əlamətləri təsbit olunmuşdur, halbuki Bepanten mazı tətbiq olunduqdan sonra yan reaksiyalar müşahidə olunmamışdır5. Tədqiqatçılar bu xüsusiyyəti digər dərman vasitələrində dəriyə qıcıqlandırıcı təsir göstərən konservant və sintetik doldurucuların mövcudluğu ilə əlaqələndirirlər3.

1. Məlhəmin tərkibindəki köməkçi maddə

2. Kotlukov V.K., Kuzmenko L.Q., Anripova N.V. "Bepanten" xaricə qəbul üçün dermatoloji vasitələr pediatrın təcübəsində // Tibbi şura. - 2012. - № 5. – s. 81-85.

3. Vasilyevski İ.V. Yenidoğulmuşlarda və körpələrdə dəri baxımının optimallaşdırılması / Beynəlxalq araşdırmalar: klinik təcrübə və sağlamlıq, 2015, №1, s. 5-18.

4. Sokolevski Y.V. Dəri və zöhrəvi xəstəlikləri: Tibbi ali təhsil məktəblərinin tələbələri üçün dərs vəsaiti. – Spb.: Foliant, 2008, s. 520. 5. Q.V. Yatsık, Y.S.Akoyev

5. Q.V. Yatsık, Y.S.Akoyev Yenidoğulmuşların dərisinə qulluq üzrə D-pantenol Consilium medicum əsaslı müxtəlif vasitələrin kliniki effektivliyi. Əlavə // Pediatriya. 2004. №6 (2).