Dirsəklərin dəri quruluğunun müalicəsi

Dəriyə qulluq prosesində insanların əksəriyyəti dirsək zonasına praktik olaraq diqqət yetirmirlər, onu yalnız aşkar problemlər yarandıqda yada salırlar. Gəlin burada dərinin hansı səbəblə sərtləşə biləcəyini və dirsəklərin quruluqdan müalicəsi üçün nə etməli olduğumuzu aydınlaşdıraq.

Лечение сухости кожи локтей

Quruluğun səbəbləri

Dirsəklərin dərisi bəzi quruluş xüsusiyyətlərinə malikdir. O, asanlıqla qatlanır, hərəkətlidir, demək olar ki, dərialtı yağ sellülozundan və piy vəzilərindən məhrumdur. Buna görə bu nahiyənin dərisi özü özlüyündə quruluğa meyllidir.

Quru tipli dəriyə malik insanlarda, adətən dirsəklər də əziyyət çəkir. Problem qışda, aqressiv ətraf mühit amilləri və otaqlardakı qızdırıcı cihazların həddindən çox qurutduğu hava dəri örtüklərinə təsir göstərdiyi zaman, daha da ağırlaşa bilər.

Dirsəklərin nahamar olmasının daha bir mümkün səbəbi isti suda yuyunmaq vərdişidir. Epidermisdə suyun qorunub saxlanmasına ilıq duş və ya vanna kömək edəcək. Sulu prosedurlardan sonra, problemli nahiyələrə xüsusi diqqət yetirərək, dəriyə nəmləndirici krem və ya losyon vurmaq zəruridir.

Dirsəklərdəki quru dəri bu və ya digər patologiyaların əlamətləri ola bilər. Bu simptomla yanaşı aşağıda qeyd olunan hallar da mövcud ola bilər:

  • Bəzi vitamin hipo- və ya avitaminozu. Dəri quruluğunun daha çox rast gəlinən səbəblərindən biri vitamin çatışmazlığıdır. Orqanizmin bu zəruri maddələrə olan tələbatı qarşılanmırsa, insanın sadəcə zahiri görünüşü zərər görməz (saçların rənginin solması, dırnaqların kövrək olması), həmçinin o, özünü pis hiss edər. Vitamin çatışmazlığı zamanı tez yorulma, yuxululuq, infeksiyalara qarşı həssaslığın artması qeyd olunur.
  • Endokrin sistemin bəzi xəstəlikləri. Bu halda dəri örtüklərinin quruluğu başqa əlamətlərlə birgə ifadə olunacaq. Məsələn, qalxanabənzər vəzinin hormonları çatışmazlığı (hipotireoz) zamanı həmçinin çəkinin artması, ödemlilik, daimi yorğunluq, depressiya, menstrual sikldə dəyişikliklər müşahidə olunur. Şəkərli diabet zamanı hormonal fonun pozulması susuzluq hissinin, sidik ifrazının, iştahanın artması ilə müşayiət olunur.
  • Psoriaz. Bilməlisiniz ki, bu ciddi xəstəlik dirsəklərin dərisinin quru və sərt olmasından başlaya bilər. Lakin psoriaz zamanı tez bir zamanda güclü qaşınma və düyünlü səpkilər əmələ gəlir ki, onlar da iri piləklər şəklində birləşir.

Dirsəklərdəki quruluq bu və ya digər xəstəliyin mümkün əlamətidirsə, özünü müalicə ilə məşğul olmaq lazım deyil. İlk simptomlar özünü büruzə verən kimi, dərhal həkimə müraciət etmək lazımdır. Mütəxəssis dirsəklərin hansı səbəblə quru və nahamar olduğunu dəqiqliklə müəyyən edəcək və zəruri müalicəni təyin edəcək

Terapiya nə qədər tez başlasa, nəticəsi də o qədər yaxşı olacaq. Həkim hər hansı patologiyanı istisna etdiyi zaman quruluqdan baxım prosedurlarının köməyi ilə xilas olmaq olar.

Problemli zonalara baxım

Dirsəklərin dərisi sərtləşdiyi, qabıq qoyduğu halda, onu nəmləndirməyə həftədə 1- 2 dəfə pilinqin həyata keçirilməsi kömək edəcək. Bu məqsədlə, sənaye istehsalı olan və ya özünüzün düzəltdiyiniz skrablardan istifadə etmək olar. Skrab hissəcikləri kimi üyüdülmüş qəhvənin, duzun, yulaf lopalarının istifadə edildiyi istənilən resept işə yaraya bilər. Dərinin üzərində iltihab və ya çatlar olduğu zaman bu cür prosedurları həyata keçirmək qadağandır.

Лечение сухости кожи локтей

Quru nahamar dirsəkləri həmçinin maskalar vasitəsilə müalicə edirlər. Bu kosmetik məhsulların tərkibinə aktiv təsirli nəmləndirici komponentlər, məsələn, təbii yağlar daxildir.

Gündəlik baxım üçün hansı vasitələri seçmək lazımdır? Quruluq zamanı dirsəklərə nə sürtmək olar? Həftəlik olaraq qidalandırıcı kremdən istifadə etmək olar. O, dirsəklərin dərisini həqiqətən yumşaq etmək üçün kifayət edəcək qədər yağlı olmalıdır. Krem, bir qayda olaraq, çimdikdən sonra vurulur.

Dirsək dərisindəki quruluğu aradan qaldırmağa Bepanten Krem kömək edəcək ki, onun tərkibindəki aktiv maddə dekspantenoldur. Bu komponent yeni hüceyrələrin yaranması prosesini stimullaşdırmaq qabiliyyətinə malikdir ki, bu da nəmi qoruyub saxlayan qoruyucu baryeri bərpa etməyə kömək edir. Bepanten Krem yaxşı sorulur, paltarda ləkə qoymur və yüksək təhlükəsizlik profilinə malikdir (hamilələrin, uşaq əmizdirən anaların və uşaqların dərisinin vəziyyətini yaxşılaşdırmaq üçün istifadə oluna bilər).

Dirsəklərin quruluğunun necə aradan qaldırılacağını düşünməmək üçün, profilaktika tədbirlərinə diqqət etmək lazımdır. Dərinin zərif və elastik olması üçün, kifayət qədər təmiz su içmək tövsiyə olunur. Təzə meyvə- tərəvəz, habelə, doymamış yağlarla zəngin məhsullar (dəniz məhsulları, fındıq) yemək zəruridir. İldə 1- 2 dəfə polivitaminlərin kurs qəbulu göstərişli ola bilər. Bu tövsiyələrə riayət etmək hər bir insan üçün faydalıdır, axı problemin həll olunması üsullarını axtarmaqdansa, onun qarşısını almaq daha asandır.