Кремы и лосьоны Бепантен в лечении и профилактике дерматита

Bepanten – dermatit zamanı yardım

Bepanten – dermatit zamanı yardım

Mündəricat:

  • Dermatitə nə səbəb olur?
  • Dermatitin müalicəsi
  • Bepanten dermatit zamanı necə yardım edir

Dermatit bir çox səbəbdən əmələ gələn və özünü müxtəlif cür büruzə verən dəri iltihabının adıdır. Qıcıqlanma diskomforta səbəb olur, lakin dəriyə qayğı ilə baxılması və bunun dərman vasitələri ilə birləşdirilməsi bu vəziyyətdən qurtulmağa kömək edir1.

Dermatitə nə səbəb olur?

Dermatitə nə səbəb olur?

Dəri qıcıqlanması bir çox amilə görə əmələ gələ bilər, buna görə həkimlər onları dermatit növlərinə görə ayırırlar, baxmayaraq ki, müalicə prinsipləri eynidir1:

  • kontakt qıcıqlanma özünü qırmızı qaşınan ləkələrlə büruzə verir. Bu cür reaksiya kosmetikanın, dərman vasitələrinin tərkibindəki zəhərli bitkilərə, metallara, boyaya, kimyəvi maddələrə görə əmələ gəlir;
  • atopik və ya ekzema – allergiya, astma və tez-tez baş verən epidermis zədələri səbəbi ilə əmələ gələn genetik olaraq şərtləndirilmiş xəstəlikdir;
  • seboreya dermatiti və ya kəpək bir çox insanın dərisində yaşayan, lakin stress şəraitində sürətlə çoxalmağa başlayan və qıcıqlanmaya səbəb olan göbələklərin yaranmasına gətirib çıxarır;
  • durğun dermatit varikoz xəstəliyi fonunda inkişaf edir və özünü topuqda büruzə verir.

Bəzi insanlarda qıcıqlanmalar başqalarından daha tez-tez əmələ gəlir. Belə ki, daima əllərini dezinfeksiya etmək məcburiyyətində olan həkimlər daha çox ekzemadan əziyyət çəkirlər1. Zəif immunitet həmçinin seboreya dermatiti riskini artırır2.

Dermatitin müalicəsi

Dermatit zamanı bir çox müalicə proqramına aşağıdakılar daxildir1:

  • qıcıqlanmanı aradan qaldıran kortikosteroid kremləri;
  • immun sisteminə təsir göstərən krem və losyonlar;
  • fototerapiya.

Dəriyə düzgün qulluğu və sağlam həyat tərzini də müalicənin bir hissəsi hesab etmək olar.

Bepanten dermatit zamanı necə yardım edir?

Bepanten məhsulları arasında adətən yara və sıyrıqların müalicəsi zamanı istifadə olunan dekspantenol əsaslı krem və losyonlar var. Lakin o, dəri xəstəlikləri, o cümlədən dermatitilər zamanı da effektiv ola bilər. Dəriyə düşərək, dekspantenol dəri proseslərinə müsbət təsir göstərən pantoten turşusuna çevrilir3.

Dekspantenol nəmləndirici vasitə rolunu oynayır: nəmi tutur, dəriyə elastik və yumşaq qalmaqda yardım edir. O, birləşdirici liflərin sintezini stimullaşdırır: kollagen və fibroblast. Dekspantenollu vasitə ilə 3-4 həftəlik müalicədən sonra qıcıqlanma azala bilər3.

Dekspantenola allergiya hallarına tək-tək rast gəlmək olar, buna görə, kremdən istifadə etməzdən öncə, mütləq həkimlə məsləhətləşin və Bepanten təlimatını oxuyun.

 

1. Dermatovenerologiya. Milli rəhbərlik. Qısa nəşr / Y. S. Butovun, Y. K. Skripkinin, O.L. İvanovun red. ilə – M. : QEOTAR-Media, 2013. — 896 s.

2. Olis.sova O.Y., Davidoviç M.İ. Seboriyalı dermatitin müalicəsinə müasir yanaşma // Rusiya dəri- zöhrəvi xəstəliklər jurnalı. 2014. №4, s. 32..

3. Ebner F, Heller A, Rippke F, Tausch I. Dəri xəstəlikləri zamanı dekspantenolun yerli istifadəsi // Am J Clin Dermatol. 2002; 3(6): 427-33

Image