Как поменять подгузник новорожденному ребенку – инструкция для па

Körpə bezini necə dəyişdirmək olar?

Как сменить подгузник малышу?

Uşaq bezinin dəyişdirilməsi ən sadə prosedurdur, lakin bir çox gənc ata bu proseduru düzgün şəkildə necə həyata keçirilməli olduğunu bilmir. Əslində, burada çətin heç nə yoxdur. Bunun üçün minimal vasitə dəsti tələb olunacaq: körpənin yaşına və ya çəkisinə uyğun olan bezin özü, nəm salfetlər və "Bepanten Maz".

Bezin dəyişdirilməsi vaxtının gəldiyini necə anlamaq lazım olduğunu izah etməyə ehtiyac yoxdur. Bunu görmək çətin deyil. Sonrakı hərəkətlər ardıcllığı aşağıdakı kimidir: körpəni düz möhkəm səth üzərinə uzatmaq və paltarını çıxarmaq, daha sonra isə ehtiyatla bezi çıxarmaq və onu tullamaq lazımdır. Unutmamaq lazımdır ki, uşaq bezlərini yalnız zibil qabına və ya konteynerinə tullamaq lazımdır. Onları unitaza atmaq yolverilməzdir.

Bundan sonra, uşağın dərisini ehtiyatla nəm salfetlərlə silmək və orada bişməcənin olub- olmadığını diqqətlə yoxlamaq zəruridir. Son mərhələdə dəriyə "Bepanten Maz" vurulur və yeni təmiz bez taxılır. Fiksasiya üçün onun üzərində xüsusi yapışqanlar var. Nəzarət etmək lazımdır ki, uşaq bezi nə çox möhkəm, nə də çox güclü bağlanmış olsun. O, yaxşı təsbit edilməli və bu zaman narahatlığa səbəb olmamalı, habelə, körpənin hərəkətlərini məhdudlaşdırmamalıdır. Təbriklər, siz bacardınız!