Уход за кожей зимой

Qışda dəriyə qulluq

Уход за кожей зимой

Dəriniz üçün vaxtında qoruyucu kosmetik vasitələr seçməsəniz, ilin soyuq fəsli onun üçün əsl sınaq olacaq. Xoşagəlməz nəticələrin qarşısını almaq üçün, qışda əl və bədən dərisinə necə qulluq edilməli olduğunu bilmək lazımdır.

Əlverişsiz amillər

Qış vaxtı dəri örtüyünə aşağıda qeyd olunan amillər təsir göstərir:

  • Şaxtalı hava və temperatur dəyişiklikləri. Soyuqda dəri istiliyi, onunla birlikdə isə suyu aktiv şəkildə itirir. Daha sonra derma damarlarının daralması, maddələr mübadiləsinin zəifləməsi və epidermis hüceyrələrinin qidalanmasının pisləşməsi baş verir.
  • Evdəki, işdəki və istirahət yerlərindəki qızdırıcı cihazlar. Süni istilik otaqdakı havanı çox qurudur. Bu cür olan şəraitdə, dəri aktiv şəkildə su itirir, solğun rəng alır və qabıq qoyur.
  • Külək. Küləyin əsməsi bədənin açıq nahiyələrindən suyun sürətlə buxarlanmasına səbəb olur, dəri sərt olur.
  • Qar. İri şəhərlərdə atmosfer yağıntılarının çirklənməsi təhlükəli miqyas alır. Borandan və ya yağan bol qardan tam müdafiə olunmaq çətinləşir. Dəriyə düşərək, qar dənəcikləri dərhal əriyir. Bu proses nəticəsində əmələ gələn su da epidermisə mənfi təsir göstərə bilər.

Qışda dəriyə xüsusi qulluq zəruridir. Aqressiv amillərin uzun müddət göstərdiyi təsir, müvafiq kosmetik vasitələr olmadan, dermatitin inkişaf etməsinə gətirib çıxara, hətta vaxtından əvvəl qocalmaya səbəb ola bilər.

Nədən başlanılmalı?

Mütəxəssislərin yayda istifadə etməyi tövsiyə etdiyi kosmetika yüngül teksturaya və az yağlılığa malik olur. Lakin, artıq ilk soyuqlar düşdüyü zaman həmin vasitələr tam həcmli müdafiəni təmin etməyəcək. Payızda, qış başlamazdan öncə, dəriyə düzgün qulluq vasitəsi seçmək lazımdır.

Payız mövsümündə nəmləndirici kremdən istifadə etmək olar. Əsası odur ki, seçilmiş vasitənin nəmləndirmə funksiyası tək funksiya olmasın. Kosmetik məhsulun qoruyucu və qidalandırıcı xüsusiyyətlərinə diqqət yetirmək lazımdır.

Dəriyə qulluqla bilavasitə əlaqədar olan daha bir əhəmiyyətli aspekt düzgün qidalanmadır. Payızda əlçatan və təbii tərəvəz çox olur. Xüsusilə kök və balqabaq faydalı olur – onlar A vitamininin sələfi olan beta-karotin mənbəyidir. Bu maddə dərinin nəmlənməsinə və rənginin bərabərləşməsinə səbəb olur.

Уход за кожей зимой

Qış vaxtı dəri müdafiəsinin ümumi prinsipləri

İlk növbədə, bədənin açıq hissələrini əlcək və şərf vasitəsilə soyuqdan və küləkdən qorumağa çalışmaq zəruridir. İsti əşyaları (sviter, şalvar) və üst paltarı elə seçmək lazımdır ki, intensiv yerimə zamanı və ya nəqliyyatda ikən tərləməyəsiniz. Təbii parçalara üstünlük verilir.

Duş və vanna orta temperaturda qəbul edilməlidir, çünki həddindən çox isti su dərini həddindən çox qurudur. Həmçinin, dəri örtüklərinin quruluğunun profilaktikası üçün xüsusi hava nəmləndiricisi əldə etmək olar.

Küçəyə çıxmazdan öncə, dərinin tamamilə quru olduğundan əmin olmaq lazımdır. Hətta az miqdarda suyun belə buxarlanması şaxtada mikroçatların əmələ gəlməsinə gətirib çıxara bilər.

Bundan əlavə, "daxili" nəmləndirmə haqqında da unutmamaq lazımdır. Hər gün ən azı 1,5- 2 litr təmiz su için.

Qışda dəriyə necə qulluq etməli?

Qışda kosmetoloqlar bir neçə məsləhətə riayət etməyə tövsiyə edirlər:

  • Hətta yağlı dəri sahibləri belə qış vaxtı onu qələvi sabun vasitəsilə təmizləməməlidir, çünki bu məhsul güclü quruducu təsirə malikdir. Tərkibində nəmləndirici komponentlərin olduğu yumşaq təmizləyici gelləri seçmək daha yaxşıdır.
  • Küçədə temperatur nə qədər aşağıdırsa, əl kremi o qədər yağlı olmalıdır. Onu dəri təmizləndikdən sonra vurmaq məsləhətdir. Qoruyucu kremi işə və ya gəzintiyə çıxmazdan bir saat öncə istifadə etmək zəruridir. Bu vaxt ərzində, vasitə sorulacaq və səthdə örtük yaradacaq.
  • Quru dəriyə qış qulluğuna xüsusi yağların və ya tərkibində xüsusi yağların olduğu məhsulların istifadəsi daxil olmalıdır. Bu cür vasitələr əla nəmləndirici və qidalandırıcı təsir göstərir, qabıqqoyma ilə və qıcıqlanma ilə aktiv mübarizə aparır.
  • Sərt hissəcikli skrab vasitəsilə bədən dərisi pilinqini həyata keçirmək qadağandır. Buynuzlu pulcuqlar suyu epidermisdə saxlayır, onların həddindən çox götürülməsi isə dəri örtüklərinin su buraxmasına gətirib çıxarır. Bununla bağlı, dərin təmizləmə prosedurlarını yaza qədər təxirə salmaq daha yaxşıdır.
  • Qışda dəriyə qulluğa həmçinin tərkibində təbii yağların olduğu kip teksturalı losyonların istifadəsi daxil olmalıdır.

Soyuq vaxtlarda əl və bədənin dərisini müdafiə etməyə Bepanten Derma qidalandırıcı losyonu kömək edir. O, yüksək miqdarda lipidlərin sayəsində, epidermisin baryer funksiyasını dəstəkləyir. Bepanten Derma xoş teksturaya malikdir və tez sorulur.

Bu sadə qaydalara riayət etməklə, siz, hətta xoşagəlməz xarici mühit şəraitində belə, dərinin sağlam xarici görünüşünü qoruyub saxlamaq imkanı əldə edəcəksiniz. Dərinin kifayət qədər qorunması və qidalandırılması onu yumşaldacaq və erkən qocalma barədə xəbər verəcək.