Заживление ран, ссадин, царапин: виды, стадии, сроки, этапы, лече

Sıyrıq və cızıqlar: işlənməsi, müalicə və sağalma mərhələləri

Mündəricat

Mündəricat:

  • Sıyrıq və cızıq növləri
  • Sıyrıqların sağalma mərhələləri və pillələri
  • Sıyrıq və cızıqların sağalma mərhələləri
  • Sıyrıq və cızıqların sağalmasına təsir göstərən xəstəliklər
  • Sıyrıq və cızıqların müalicəsi və işlənməsi
  • Üzdə sıyrıqların sağalması xüsusiyyətləri

Həyatında bir dəfə belə olsa, sıyrıq və cızıqlarla hər bir insan rastlaşıb. Onlar kiçik, daha çox həyat üçün zərəri olmayan dəri örtüyü zədələrindən ibarət olur. İnfeksiyanın qoşulmasının və xoraların əmələ gəlməsinin qarşısını almaq üçün, sıyrıq və cızıqlara düzgün qulluq göstərmək lazımdır. Gəlin üzdəki, əllərdəki və digər bədən hissələrindəki sıyrığın tez bir zamanda necə müalicə oluna biləcəyinə, bu cür travmalar zamanı ilkin yardımın nədən ibarət olduğuna, dəri örtüyünün kiçik zədələri zamanı hansı kremlərin göstərişli olduğuna baxaq.

Sıyrıq və cızıq növləri

Dərinin səthi örtüyünün zədələnmə dərinliyini nəzərə alaraq, sıyrıq və cızıqlar şərti olaraq iki növdə təsnifləndirilir:

  • Kiçik. Bura insanın gündəlik həyatda ehtiyatsızlıq səbəbi ilə ala biləcəyi mikrotravmalar aiddir. Kiçik cızıqlar dərin olmur, buna görə onlar çox tez bir zamanda dartılır.
  • Dərin. Bıçaqla, sındırılmış şüşə ilə, ağac yonqarı ilə və s. ehtiyatsız davranış zamanı yarana bilər. İnfeksiyanın inkişaf etməsinin qarşısını almaq üçün, dərin cızığı dərhal yumaq, antiseptiklə işləmək əhəmiyyətlidir. Dərin sıyrıq və cızıqlar zamanı sağalma prosesi ortalama 7-10 gün təşkil edir.

Sıyrıqların sağalma mərhələləri və pillələri

Sıyrıq və cızıqların təbii sağalma mexanizmi mövcuddur. O, travma alınandan dərhal sonra işə düşür ki, zədəni bağlasın və orqanizmə infeksiyanın düşməsinin qarşısını alsın.

Tam sağalma üçün vaxtı qısaltmaq üçün, həkimin təyin etdiyi dərman vasitələrindən istifadə etmək lazımdır. Üzdəki və ya bədəndəki sıyrıq və cızıqlar əleyhinə kremin istifadə olunması dərinin daha tez bərpa olunmasına səbəb olur, yaranın əmələ gəlməsi riski azalır.

Sıyrıq və cızıqların sağalma mərhələləri

Yuxarıda qeyd olunduğu kimi, sıyrıq dəri örtüyünün yüngül zədələnməsidir. Onun sağalmasını aşağıdakı kimi təsvir etmək olar:

  • İlkin faza. Sıyrığın səthi nəm olur, lakin o tədricən quruyur. O, sağlam dəri örtüklərindən biraz aşağıda yerləşir.
  • Qabıq yaranma fazası. Travma alındırqdan 1-2 gün sonra müşahidə olunur və 2-4 gün davam edir. Əvvəlcə qabıq zədələnməmiş dəri ilə bir səviyyədə yerləşir, daha sonra isə onun üzərinə qalxmağa başlayır.
  • Qabıq altında epiteliləşmə fazası. Qabığın kənarları tədricən qalxır, qabıq verir. 7-10 gündən sonra qabıq qopur.
  • Sıyrıq izi fazası. Qabıq qopduqdan sonra solğun çəhrayı rəngli ləkə qalır. O, 10-15 gündən sonra artıq görünmür.
Процесс заживления ран

Qeyd olunan müddətlər ortalama göstəricilərdir – sıyrıqların sağalması prosesi həm daha qısa, həm daha uzun müddət ərzində keçə bilər. Bu cızığın yerləşməsindən və ölçülərindən, infeksiyanın qoşulmasından, pasiyentin yaşından, onda başqa xəstəliklərin olub-olmamasından asılıdır.

Sıyrıq və cızıqların sağalmasına təsir göstərən xəstəliklər

Sıyrıqlar zamanı ilkin yardım düzgün şəkildə göstərilmişdirsə, sağalma adətən ağırlaşmasız keçir. Lakin elə hallar olur ki, əldəki, üzdəki və ya bədəndəki cızıq dartılmır – 3-5 gündən çox iltihablı görünür, əlləndikdə ağrılı olur, qanayır, içindən irin, qanlı irin çıxır. Bu cür ağırlaşmalara bəzi xəstəliklər gətirib çıxara bilər:

  • ekzema;
  • psoriaz;
  • şəkərli diabet;
  • onkologiya.

Həmçi̇ni̇n qeyd olunmuşdur ki̇, müasir vasitələr, məsələn, yara və sıyrıqları sağaldan kremlər, pasiyentin qanda hemoqlobin miqdarı aşağı olduqda, əvvəllər keçirilmiş xəstəlikdən sonra immunitet sistemi çox zəiflədikdə, vitamin və mikroelement çatışmazlığı olduqda, pasiyent gücdən düşdükdə, həmişə gözlənilən effekti vermir.

Sıyrıq və cızıqların müalicəsi və işlənməsi

İlkin yardım nə qədər tez göstərilsə, mikrobların yaraya düşməsi riski o qədər az olacaq. Zəruridir:

  • Zədələnmiş dərini uşaq sabunu və ya antibakterial sabunlu soyuq qaynadılmış su ilə yumaq.
  • Sıyrığı steril tənzif salfeti ilə qurutmaq.
  • Yara sağaldan krem vurmaq.
  • Steril tampon qoymaq, onu bintlə təsbit etmək. Həmçinin cızığı bakterisid plastırla yapışdırmaq olar.

Yara və ya cızıq uzun müddət dartılmır, ağrıyırsa həkimlə antibiotiklərin qəbul olunması ilə əlaqədar məsləhətləşmək lazımdır. Bəzi hallarda, üzdəki, ətrafdakı, bədəndəki sıyrığın gec sağalmasının əsl səbəbini müəyyən etmək üçün, pasiyentə laboratoriya analizlərinin verilməsini təyin edirlər.

Cızıq və sıyrıqların sağalmasını sürətləndirmək üçün həkimlərin bütün tövsiyələrini yerinə yetirmək, steril sarğını vaxtında dəyişmək, fiziki aktivliyi azaltmaq əhəmiyyətlidir. Həmçinin xüsusi yara sağaldan kremlərin istifadəsi də uyğundur ki, onlar regenerasiya edici təsir göstərir, məsələn, Bepanten Plus.

Vasitənin tərkibində mövcud olan B5 provitamini sıyrıqların sağaldılmasında, dəri qıcıqlanmaları, çatlar, yüngül yanıqlar, xroniki xoralar zamanı öz effektivliyini sübut etmişdir. Bepantin Plus kremindəki xlorgeksidin antiseptiki adətən dəridə mövcud olan və ya dəriyə yaranın çirkləndirilməsi nəticəsində düşən bakteriyaların məhv edilməsinə görə cavabdehdir.

Üzdə sıyrıqların sağalması xüsusiyyətləri

Üzdəki cızıqları necə tez bir zamanda müalicə ediləcəyini bilməyərək, bəziləri dəridəki qüsurları kosmetik vasitələrin, məsələn, kirşan, tonal krem, mümkün bütün korrektorların köməyi ilə gizlətməyə başlayır. Həkimlər xüsusilə travma alındıqdan sonrakı ilk günlərdə bu cür etməyi tövsiyə etmirlər. Kosmetikanın tərkibində mövcud olan komponentlər dəri regenerasiyası prosesini ləngidə bilər, tətbiq olunan yara sağaldan kremlərə tam gücü ilə təsir göstərməyə imkan vermir.

Üzdəki sıyrığın nazik qabıq bağlamasını gözləmək və yalnız bundan sonra tonal əsaslara əl atmaq lazımdır.

Aşağıdakılar əsasında hazırlanıb:

Kuznetsova N.A., Rodman Q.V., Tumanov V.P. və digərləri - Yaraların müalicəsi. - Tədris- metodiki vəsait- М - Rusiya Dövlət Tibb Universiteti - 2004 - 42 s.

Ebner F., Heller A, Rippke F, Tausch I. Dəri xəstəlikləri zamanı dekspantenolun yerli tətbiqi. Am J Clin Dermatol. 2002;3(6):427-33.

Blue and Grey Curve