Что взять в роддом для мамы и ребенка – советы будущим мамам

Ana və uşaq üçün doğum evinə nə götürmək lazımdır?

Ana və uşaq üçün doğum evinə nə götürmək lazımdır?

Mündəricat:

  • Ananın doğum evinə yığışması
  • Yeni doğulmuş körpə üçün ən lazımlı şeylər
  • Çıxış üçün çanta
 

Doğuş kimi əhəmiyyətli hadisəyə hazırlıq ana və körpə üçün doğum evində lazım olan hər şeyin siyahısının tərtib olunmasından başlayır. Daha çox rahatlıq üçün, anaya və uşağa doğum evində lazım olacaq əşyaları bölmək lazımdır: doğuşqabağı və doğuşsonrası şöbədə olduqları müddət üçün və çıxış üçün1.

Ananın doğum evinə yığışması

Ananın doğum evinə yığışması

Doğum evinə yığışma təxmin olunan doğuş tarixindən 4-5 həftə öncə başlayır. Hazırlıq zamanı seçilmiş müəssisədə qüvvədə olma qaydalarını dəqiqləşdirmək lazımdır – mütəxəssislər mütləq doğuş üçün doğum evinə nə götürməli olduğunuzu və hansı əşyaların qəbul zamanı xəstəxanada təqdim olunacağını bildirəcəklər1.

Birinci mərhələ – doğuşqabağı mərhələ. Doğum evinə götürməyinizin zəruri olduğu əşyaların siyahısına aşağıdakıları daxil etmək lazımdır1:

  • sənədlər: pasport, tibbi sığorta polisi, doğuş sertifikatı və əvəzləmə kartı;
  • paltar: xələt, köynək, alt paltarı, corab və yuyulan şap-şaplar;
  • dəsmal və gigiyenik ləvazimatlar – sabun, diş pastası və fırçası, daraq, saç rezini.

Körpə dünyaya gəldikdən sonra yeni anaya bir çox əşya lazım ola bilər. Və anaya doğuşdan sonra nəyin lazım olacağı barədə əvvəlcədən düşünmək yaxşı olardı. Doğuş dəstinə uşaq əmizdirmə əşyalarını daxil etmək lazımdır – xüsusi büsthalter, südsoran1 və uşaq əmizdirmə zamanı yarana biləcək çatların sağalması üçün B5 provitaminli və lanolinli məlhəm, məsələn, Bepanten2.

Ana üçün doğum evinə götürüləcək əşyaların arasında doğuşsonrası bez və doğuşsonrası trusu dəstini vurğulamaq lazımdır – bərpa dövründə gigiyena çox əhəmiyyətlidir. Həmçinin qarın üçün bandaj almaq, doğum evində vaxtın tez keçməsi üçün isə kitab və ya jurnal götürmək lazımdır1. Həkimlərin tövsiyələrini yazmaq üçün bloknot və qələm lazım olacaq.

Yeni doğulmuş körpə üçün ən lazımlı şeylər

Yeni doğulmuş körpə üçün ən lazımlı şeylər

Yeni doğulmuş körpənin öz tələbatları var. Doğum evi üçün həyəcan çemodanını maksimal miqdarda uşaq əşyaları: bələk, uşaq əskisi, baxım vasitələri ilə doldurmaq lazımdır. Gigiyenik vasitələrin seçimi də əhəmiyyətlidir – körpənin dərisi çox zərif olur, buna görə, baxım üçün aşağıdakılar lazım olacaq1:

  • B5 provitaminli və lanolinli Bepanten məlhəmi, bu məlhəm körpədə əmələ gələn bişməcənin öhdəsindən gəlməyə kömək edəcək. Onun tərkibində parabenlər və sintetik konservantlar yoxdur, buna görə, o ən zərif yeni doğulmuş körpə dərisi üçün uyğundur2;
  • hopdurucu qata malik birdəfəlik bələk;
  • aromatizatorsuz uşaq maye sabunu və nəm uşaq salfetləri;
  • məhdudlaşdırıcılı pambıq çöpləri.

Çıxış üçün çanta

Həmçinin əvvəlcədən doğum evindən çıxış üçün nəyin götürüləcəyi barədə düşünmək lazımdır. Kiçik fotosessiyalı təmtəraqlı görüş üçün anaya rahat gözəl paltar və biraz kosmetika hazırlamaq, uşaq üçün isə gözəl kostyum və havaya görə künclü ədyal lazımdır. Ana və uşaq üçün olan bu çanta bilavasitə olaraq doğuşdan sonra lazım olmayacaq – onu həkim çıxış təyin etdiyi gün yaxınlar da gətirə bilər1.

Ananı uşaqla doğum evindən maşınla aparırlarsa, orada uşaq üçün avtomobil beşiyinin mövcudluğu barədə unutmamaq lazımdır.

Ana və uşaq üçün doğum evinə nəyin götürüləcəyi barədə vaxtında düşünmə bu hadisəni artıq qayğı olmadan yaşamağa imkan verəcək.

1. Макацария А.Д., Кузнецов С.В. Мама и малыш. – М.: ОЛМА-ПРЕСС Инвест, 2006. – 544с.

2. Котлуков В.К., Кузьменко Л.Г., Антипова Н.В. Наружные дерматологические средства серии «Бепантен» в практике педиатра. Медицинский совет. 2012. № 5. с.81-85.