Выбираем лучший крем для сухой кожи – Бепантен

Quru dəri üçün ən yaxşı kremlər

Quru dəri üçün ən yaxşı kremlər

Quru dəri çox gözəl hesab olunur, çünki onun üzərindəki məsamələr hiss olunmur, özü isə incə və zərif görünür, lakin medalın əks tərəfi də var. Nəm çatışmazlığı olan dəri qulluq baxımından çox həssas və nazlıdır. Düzgün təmizləmə, qidalandırma və nəmləndirmə dərinin sağlamlığının qorunub saxlanması üçün həmişə kifayət etmir – səbəblərdən baş açmaq və nəmin itirilməsinə səbəb olan amilləri istisna etmək əhəmiyyətlidir1.

Dəri quruluğunun simptomları

Dəri piy vəziləri kifayət qədər sekret, yəni sebum, ifraz etmədiyi zaman quru olur, bu hala tez-tez rast gəlinir. Məhz bu sekret epidermisin qurumasının, kiçik zədələrin əmələ gəlməsinin və erkən qocalmanın qarşısını alır2. Daha bir amil epidermisdə nəmliliyin lazımi səviyyədə qorunub saxlanmasına görə cavab verən lipidlərin kifayət qədər olmamasıdır. Birlikdə sebum və lipidlər sulu-lipidli mantiya əmələ gətirir ki, bu mantiya müdafiə baryeri yaradır, dəri üzərində kifayət qədər mayenin saxlanmasını təmin edir və infeksiyaların inkişafını dayandırır3.

Bu komponentlər arasında balansın dəyişməsi dəri növünün dəyişməsinə gətirib çıxarır. Mayedən məhrum edilmiş epidermis çox kövrək olur, bu cür epidermisdən göbələklər və bakteriyalar keçə bilər, dəri isə sərt suya və çirklənmiş havaya daha həssas olmağa başlayır. Maye çatışmazlığı dərinin regenerasiya qabiliyyətini azaldır, eyni zamanda pozulmuş dəri baryerindən maye itkisini gücləndirir1,3.

Dəri quruluğu simptomları kifayət qədər çoxdur və onlar özünü fərdi olaraq büruzə verə bilər. Bəzi hallarda dəri qabıq verə, bəzi hallarda isə qaşınma və qızartı ilə, bəzən isə yandırma və səpkilərlə müşayiət oluna bilər. Problemin mənbəyinin savadlı şəkildə müəyyən edilməsi vaxtında dərinin dəyişikliklərini aşkar etməyə və ona salamlığını qaytarmağa kömək edəcək3.

Почему кожа становится сухой

Dəri niyə quruyur?

Bəzi hallarda dərinin quruluğunun səbəbi xəstəliklər2 — atopik dermatit və ya psoriaz, bəzən isə şəkərli diabet və böyrək xəstəlikləri ola bilər. Qaşınma, qızartı və qabıq vermə ilə müşayiət olunan inkişaf edən quruluğun aşkar olunması problem mənbəyinin müəyyən edilməsi və vaxtında müalicənin aparılması üçün həkimə müraciət etmək üçün səbəb ola bilər. Müalicəyə və ya qulluğa əlavə olaraq ən yaxşı vasitə Bepanten Derma vasitələr xəttidir.

Bir çox halda diskomfort hissinin sadəcə xəstəlik səbəb olmaya da bilər. Çox vaxt biz dərimizə kifayət qədər yaxşı qulluq etmirik və ya ümumiyyətlə onun qidalandırılması və ya nəmləndirilməsi zərurəti haqqında unuduruq. Bundan əlavə, dəyişikliklər quru dəri üçün kremin tərkibində olan qidalandırıcı maddələrin kifayət qədər olmaması ilə əlaqədar ola bilər. Dəri dəyişikliyi həmçinin aşağıdakılarla əlaqədar ola bilər3:

  • təmizləyici vasitələrin, məişət kimyəvi maddələrinin və ya peşəkar kosmetik vasitələrin, məsələn saç boyalarının və ya manikür vasitələrinin tərkibində olan səthi-aktiv maddələrin aqressiv təsiri;
  • həddindən çox isti olan və ya kondisionerlərin işlədiyi otaqda havanın quru olması;
  • hava şəraitinin əlverişsiz təsiri – soyuq külək, yağış, qar, günəş şüaları;
  • yumşaldıcı vasitələrdən istifadə etmədən tez-tez isti duş və vanna qəbulu;
  • balanslaşdırılmamış qidalanma, o cümlədən zülalların və yağ turşularının çatışmazlığı;
  • hormonal vasitələrin qəbulu;
  • sərt pəhrizin saxlanması;
  • nəticəsində lipid sintezinin pozulduğu və dəri örtüyünün müdafiə funksiyasının zəiflədiyi yaş dəyişiklikləri.

Dəri quruluğu müxtəlif bədən hissələrində müxtəlif cür ifadə olunur. Dərinin açıq sahələri nəmi daha intensiv şəkildə itirir, buna görə ilk növbədə aşağıdakılar əziyyət çəkir1:

  • üzünün və əllərinin dərisi quru olanlar tez-tez qabıq vermə və yığılma hissi müşahidə edirlər;
  • incə dodaq dərisi maye çatışmazlığı səbəbi ilə çox çatlayır, və müdafiə baryerini itirərək dodaqlar qanaya bilər;
  • dərisi maye itkiləri zamanı daha çox nahamarlaşan və çatlayan pəncələr;
  • dəri örtüyü qalınlaşan və nahamarlaşa bilən dirsəklər.

Quruluq bütün bədəndə yayıldığı halda, yığılma hissi, dərhal, suya girərək və ya quru dəri üçün krem vuraraq, xoşagəlməz hissdən qurtulmaq istəyi yaranır.

Quru dəri sahibləri tez-tez sadəcə fiziki deyil, həmçinin psixoloji diskomfort hiss edirlər ki, bu da dəriyə toxunmaq və onu qaşımaq istəyi ilə əlaqədar olur1,3. Öz orqanizminə qulaq verərək, əvvəlcədən dəri növünün dəyişməsi əlamətlərini aşkar etmək və, etibarlı köməkçi olaraq Bepanten vasitələrini seçərək, ona müdafiə xüsusiyyətlərini qaytarmaqda kömək etmək olar.

Quru dəriyə qulluğun xüsusiyyətləri

Quru dəriyə qulluğun xüsusiyyətləri

Səbəblər sağlamlıqla əlaqədar deyilsə, hidrolipid baryerinin bərpa olunması və qorunub saxlanması üçün dəriyə savadlı qulluq və ümumilikdə orqanizmin sağlam olması kifayət edər1,3:

  • təbii parçalardan olan paltar seçin – pambıq, kətan və ipək;
  • içmə rejiminə riayət edin, kifayət qədər su qəbul edin;
  • vitamin və mikroelement miqdarının müəyyən edilməsi üzrə sınaqdan keçin – A və E vitaminlərinin çatışmazlığı maye itkisinin səbəbi ola bilər;
  • məişət kimyəvi vasitələrini seçərkən, çox sərt olmayan tərkibli vasitələrə üstünlük verin və əlcəklərdən istifadə edin;
  • suyun yumşaldılması ünüç filtrlərdən istifadə edin;
  • uzun müddət ərzində açıq günəş altında olmaqdan çəkinin;
  • tərkibində spirt olan kosmetik vasitələrdən imtina edin;
  • gecə mütləq makiyajı yuyun;
  • krem teskturalı təmizləyici vasitələrdən istifadə edin.

Dəri sağlamlığının bərpa olunması zamanı vacib mərhələlərdən biri də quru dəri üçün qulluq kreminin seçilməsidir. Niyə Bepanten Derma vasitələri daha uyğundur? Birlikdə araşdıraq.

Quru dəriyə qulluq vasitəsinin seçilməsi

Quru dəriyə qulluq vasitəsinin seçilməsi

Bayer şirkətinin mütəxəssisləri quru dərinin nəmləndirilməsi və qidalandırılması üçün vasitələrin daxil olduğu Bepanten Derma xəttini hazırladılar. Kosmetik vasitələrin əsas aktiv komponenti, B5 provitamini, çoxdandır öz bərpaedici xüsusiyyətləri ilə məşhurdur. O, dəriyə dərindən nüfuz edir, onun bütün qatlarında mübadilə proseslərini işə salır, təbii regenerasiya proseslərini aktivləşdirir4.

  • Bepanten nəmləndirici losyonNanosorb texnologiyasının istifadə olunması ilə yaradaılıb və tərkibində çox kiçik aktiv komponentlər hissəcikləri var ki, onlar dərinin dərin qatlarına nüfuz edir. E vitamini və təbii lipidlər nəmləndirməni təmin edir və hətta ən həssas dərini sakitləşdirir.
  • Qidalandırıcı losyon çox quru dəri üçün hazırlanıb. Onun tərkibinə, çoxlu miqdarda – 29% – baryer funksiyasının təmin edən lipidlərdən başqa, HYDROVITON (Hidroviton) kompleksi daxil edilib ki, o, dərini qidalandıır və yumşaldır. B5 provitamini (2,6%) daxildən bərpa proseslərini işə salmaq imkanı verir.
  • Əl üçün bərpaedici balzamın tərkibində B5 provitamini yüksək miqdarda mövcuddur (5%), buna görə, o, dərinin müdafiə baryerini tez bir zamanda bərp edir, bununla da onu məişət kimyəvi vasitələrin və peşəkar kosmetik dərman vasitələrinin aqressiv təsirindən, temperatur dəyişikliklərindən, tez-tez sərt su ilə təmsadan qoruyur.
  • Ayaq üçün bərpaedici krem dərini sadəcə yumşaldıb, nəmləndirmir, həmçinin onun buynuzlaşmasının qarşısının alır5. Quru ayaq dərisi üçün kremin tərkibinə sidik cövhərinin əlavə olunması mayenin epidermisdə saxlanmasına və ölmüş hüceyrələrin qabı verməsinə səbəb olur6. Dərinin su balansının normallaşdırılması xoşagəlməz qoxunun əmələ gəlməsi ehtimalını azaldır5.
  • Dodaq balzamı quru və çatlamış dərini intensiv şəkildə qidalandırır və bərpa edir, uzun müddət ərzində rahatlıq hissini qoruyub saxlayır. E vitamini və arı mumu ilə tamamlanan tərkib qocalma proseslərini ləngidir və zərif dodaq dərisini ətraf mühit amillərinin təsirindən qoruyur. Yüngül tekstura və sürətli hopdurma qabiliyyəti balzamı makiyaj altında ideal əsasa çevirir7.
  • Tərkibindəki arı mumu və zeytun yağı sayəsində, dodaq boyası dodaqlarda ultrabənövşəyi şüalanmadan və sərbəst radikalların təsirindən qoruyan baryer yaradır.

Bepanten quru dəriyə qulluq vasitələrinin keyfiyyəti və effektivliyi sınaqlarla yoxlanmış4,5 və bütün dünyada qadınlar tərəfindən çoxillik istifadə təcrübəsi ilə təsdiq edilmişdir. Özünüz üçün saölam dəri sirrini kəşf edin – Bepanten Derma!

1. Kosmetologiya. Hecazi L.A. redaksiyası ilə М., 2005. 197 s.

2. Sobolevskaya İ.S., Qruşin V.N., Myadlets O.D., Kiçigina T.N. Piy vəziləri insan dərisinin lipid tərkibli və lipid sintez edici strukturları kimi // Histologiya. Sitologiya. Embriologiya. Vitebsk Dövlət Tibb Universiteti, № 2, 2011. S. 26-27.

3. Tamrazova O.B. Quru dəri sindromu. Consilium Medicum. Dermatologiya (Əlavə). 2014. № 3. s. 8-14. 

4. Ebner F., Heller A, Rippke F, Tausch I. Dəri xəstəlikləri zamanı dekspantenolun yerli tətbiqi. Am J Clin Dermatol. 2002;3(6):427-33.

5. Gerlach N, Herling M, Heinrich U., Tronnier H. Kosmetisch-dermatologische Wirksamkeit und Verträglichkeit einer Dexpanthenol-haltigen Fußcreme. Kosm Med. 2012; 33.3: 92–98. 

6. Kapuścińska A, Nowak I. Sidik cövhərinin və onun törəmələrinin kosmetika sənayesində istifadəsi. Chemik 2014, 68, 2, 91–96.

7. "Dermskan" laboratoriyasında istehlakçıların sınaqları nəticələrinə görə, 2007.