Dəri quruluğu: yaranma səbəbləri
Yalnız nəmləndirilmiş dəri yaxşı görünür və funksiyalarını tam yerinə yetirir. Su olmadıqda hüceyrələrdə metabolik proseslər yavaşlayır, onların bir hissəsi ölür, buna görə də epidermisin elastikliyi və qoruyucu xüsusiyyətləri azalır* Davamlı gərilmə, soyulma, qıcıqlanma, qaşınma hissi yaranır, üstəlik quru dəri daha tez yaşlanır. Rütubətin itirilməsinin bir çox səbəbi var, amma əsas odur ki, bu problemi həll etmək mümkündür1.
Quru dəri: səbəbləri
Təbiət dəriyə dəyərli nəmin itirilməsindən etibarlı qorunma təmin edib: sıx buynuzlaşmış epidermis təbəqəsi və səthində nazik lipid təbəqəsi yaradan piy vəziləri. Bu baryer ikitərəflidir: su buraxmır və orqanizmə mikrobların, toksinlərin, allergenlərin daxil olmasına mane olur. Lipid təbəqəsinin çatışmazlığı - susuzlaşma və iltihabi reaksiyalar (yoluxucu, allergik) riskinin artmasının səbəbidir. Tam qorunmadan məhrum olan dəri daha sürətlə yaşlanır: ölmüş hüceyrələrin çoxluğuna görə dərinin rəngi daha tutqun olur, tonusu azalır, qırışıqlar yaranır1.
Lipid təbəqəsinin tükənməsinin və nəmin itirilməsinin səbəbləri çoxdur. Piy vəzilərinin aktivliyindən asılı olaraq müxtəlif dəri növləri fərqləndirilir: quru, yağlı, qarışıq. Dəri piyinin ifrazatını endokrin sistemi tənzimləyir, buna görə də həyat dövrü ərzində xarakterik fizioloji dəyişikliklər baş verir: yeniyetməlik dövründə piy vəziləri "emal edir", qadınlarda isə aybaşı dövründə əksinə aktivliyi xeyli azaldır. Dəriyə həyat tərzi, mühit amilləri, sağlamlıq vəziyyəti təsir edir. Dərinin quru olmasının səbəblərini xarici və daxili olaraq bölmək olar2.
Xarici səbəblər - ətraf mühitin təsirləri ilə əlaqədar:
- Hava şəraiti: külək, şaxta, günəş şüaları lipid təbəqəsini və nəm ehtiyatlarını tükəndirir;
- Solariuma tez-tez getmək də eyni effekti göstərir;
- Evdə və ya iş yerində quru hava, həddindən artıq kondisionerdən istifadə epidermisin səthindən buxarlanmanı stimullaşdırır;
- Dəriyə qeyri-düzgün qulluq: aqressiv kosmetik vasitələr (sabun, spirtli losyonlar, fırçalama, soyma) nazik lipid təbəqəsini məhv edir;
- Yuyucu vasitələrdən əlcəksiz istifadə - əllərin qurumasının tez-tez rastlanan səbəbidir.
Daxili - orqanizmin vəziyyəti ilə əlaqəli1,2:
- Kfayət qədər maye qəbul edilməməsi: əgər orqanizmə az su daxil olarsa, su dəridə də çatmır;
- Səhv qidalanma, sərt dietalar saxlamaq, şirin, qazlı içkilərin, qəhvənin, alkoqolun həddindən artıq istehlakı piy vəzilərinin fəaliyyətinə təsir göstərir;
- Vitaminlərin (xüsusilə A və E), mineralların çatışmazlığı: bədəndə və xüsusilə dəridə mübadilə prosesləri pozulur;
- Dəri xəstəlikləri (allergozlar, dermatitlər, psoriaz, bakteriya və göbələk infeksiyaları);
- Xəstəliklər, xüsusilə endokrin və sinir sistemi, həzm orqanları piy vəzilərinin işini və qida maddələrinin mənimsənilməsini pozur;
- Bəzi dərmanların, məsələn, nikotin turşusunun, diuretiklərin, xolesterin səviyyəsini azaltmaq üçün preparatların uzun müddət qəbulu;
- Siqaret çəkmə: nikotin toxumalarda maye saxlayan hialuron turşusunu məhv edir;
- Zəhərli mübadilə məhsullarının toplanması ilə müşayiət edilə bilən böyrək funksiyasının pozulması;
- Yaşlanma: yaşlandıqca piy vəzilərinin aktivliyi, mübadilə proseslərinin intensivliyi və qanın mikrosirkulyasiyası tədricən azalır, hialuron turşusunun miqdarı azalır.
Dəri quruluğunun əlamətləri1,2
Əgər dəri çox quru olarsa, bu açıq-aşkar görünür: dartılma hissi, qabıq qoyma, çatlar, asanlıqla qıcıqlanma və qaşınma yaranır. Quruluğun ilkin mərhələlərində tablo o qədər də birmənalı olmur. Gənc yaşlarda üzün quru dərisi daha da yağlı görünür: nazik, zərif, üstündə məsamələr görünmür. Dərinin əlavə qorunmaya və xüsusi qayğıya ehtiyacı olduğunu anlamaq üçün sadə bir test aparmaq olar: barmaqlarını səthini yüngülcə basın. Əgər çuxurlar uzun müddət qalırsa, o zaman dəri qurudur və hətta ilk baxışdan heç bir problem olmasa da, özünə uyğun münasibət tələb edir.

Dərinin quruluğu ona gətirib çıxaran olan səbəblərdən asılı olaraq ümumi və ya lokal ola bilər. Xəstəliklərdə, avitaminoz hallarında ümumiyyətlə bütün dəri quruyur, əllərin dərisi - torpaq, su işlərində, üzün dərisi isə -münasib olmayan kosmetikadan istifadə edilərkən. Bədən dərisinin quruluğunun səbəbi su prosedurlarına olan sevgi ola bilər - lipid təbəqəsi yuyulur və bərpa olmağa vaxt tapmır.
Profilaktika
Əgər dəri qurudursa nə etmək lazımdır? İlk növbədə hidratlaşmanın azalmasının səbəbini müəyyənləşdirməyə və ona təsir etməyə çalışın. Bəzən evə hava nəmləndiricisi qoymaq və ya dərinin vəziyyətini yaxşılaşdırmaq üçün düzgün qidalanmağa başlamaq kifayətdir. Xroniki xəstəliklərdə onları müalicə etmək və ya ən azı davamlı remissiya əldə etmək üçün həkimə müraciət etmək lazımdır.

Dəri baryerini bərpa edən və dəridə nəm səviyyəsini normallaşdıran nəmləndirici komponentləri olan lokal vasitələr quru dərini sürətlə bərpa etməyə kömək edəcək. Tamamən lipid təbəqəsi ilə örtülmüş yenilənmiş epiteli (dəri baryeri) nəmi daha yaxşı saxlayır və xarici amillərin təsirlərinə müqavimət göstərir.
1. Təmrazova O.B. Quru dəri sindromu // Consilium Medicum. Dermatologiya (Əlavə). 2014. № 3. s. 8-14.
2. Sirmays N.S., Tsıkin A.A., Kuznetsova Y.K. Dəri kserozu. Problemin xarici vasitələrlə həll edilməsi // Rusiya tibb jurnalı. – 2015. - № 9. – s. 496-499.
3. Bepanten kremi 25 uşaqda tətbiq edildikdə, dəri quruluğunun kliniki əlamətləri, 3 həftədən 6 həftəyədək müddət ərzində davam edən müalicə kursundan sonra 6,5 dəfə azalmışdır. Revyakina V.A. Bepanten kreminin təsiredici maddəsinin atopik dermatit xəstələri olan uşaqların müalicəsi zamanı effektivliyi və təhlükəsizliyi // Rusiya tibb jurnalı. - 2014. - №3. - s. 224-227.
4. Ebner F., Heller A, Rippke F, Tausch I. Dəri xəstəlikləri zamanı dekspantenolun yerli tətbiqi. Am J Clin Dermatol. 2002;3(6):427-33.
5. Şəkərli diabetdən əziyyət çəkən 34 pasiyentdə nəmləndirici və qidalandırıcı bədən losyonunun istifadəsi zamanı artıq 15-ci gündə buynuz təbəqəsinin nəmlilik dərəcəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır ki, bu da dərinin sağlam xarici görünüş əldə etməsinə səbəb olmuşdur. Proksch E. Dexpanthenol-haltige externa zur pflege trockener haut bei diabetikern. Kosm Med. 2008; 6:22 – 5.