Особенности кожи у детей: ее функции, физиологические особенности

Körpə dərisinin xüsusiyyətləri

 
Körpə dərisinin xüsusiyyətləri

Məzmun cədvəli:

  • Yeni doğulmuş köpə dərisinin xüsusiyyətləri
  • Yeni doğulmuş körpə dərisinin dəyişiklikləri
  • Yeni doğulmuş körpə dərisinin funksiyaları
  • Körpələrdə mümkün olan dəri xəstəlikləri

Körpə dərisi böyüklərin dərisindən fərqlidir: quruluşun xüsusiyyətləri səbəbindən, körpə bir çox xəstəliklərə daha çox meyllidir. Məsələn, 2 yaşdan yuxarı uşaqlardan və böyüklərdən fərqli olaraq, körpələrdə bişməcə 20% daha çox rast gəlinir1.

Yeni doğulmuş köpə dərisinin xüsusiyyətləri

Epidermis öz növbəsində 5 qatdan təşkil olunmuşdur: bazal, tikanlı, dənəli, parlaq və buynuz qatı. Bazal qatda hüceyrə bölgüsü baş verir, oradan onlar tədricən dərinin səthinə, yəni buynuz qata qədər irəliləyir. İrəliləyərək, hüceyrələr nüvəsini itirir və keratini yığıllar, sonra ümumiyyətlə ölərək, dərinin üst qatında (epidermisdə) pulcuqlar şəklində qat əmələ gətirirlər. Tədricən pulcuqlar tökülür, lakin bunların altında yerləşən canlı hüceyrələrin fasiləsiz olaraq çoxalması nəticəsində həmin buynuz pulçuqlar yeniləri ilə əvəz olunur2.

Yeni doğulmuş körpə dərisi xarakterik xüsusiyyətlərə malikdir3:

  • Dermis və epidermis arasındakı əlaqə qeyri-sabitdir, buna görə infeksion proseslər olduqda blisterlər asanlıqla meydana gəlir.
  • Doğulduqdan dərhal sonra dərinin Ph-ı neytral olur, yalnız 2-3 aydan sonra qoruyucu xüsusiyyətlərini artıran turşu tərəfə keçir.
  • Uşaqlarda piy və tər vəziləri formalaşmış, lakin fəaliyyətlərini tənzimləyən sinir sisteminin yetişməməsi səbəbindən çox aktiv işləmirlər. Tər vəzilərinin aşağı aktivliyi səbəbindən, onların əmələ gətirdiyi dərinin qoruyucu təbəqəsi (lipid qat) çox incədir və tez-tez su prosedurları zamanı əlavə olaraq əziyyət çəkir. Nəticədə körpənin dərisi nəmi daha sürətlə özünə çəkir. Hətta suda qısa bir müddət qaldıqdan sonra körpələrin ayaq və əl dərisi qırışır.
  • Dəri vəziləri tərəfindən ifraz olunan sekresiyanın bakterisid xüsusiyyətləri hələ də zəifdir və buda, mikroblara aşağı müqavimət göstərməsinin daha bir səbəbidir.
  • Uşaq dərisində çox miqdarda su və nazik keçirici divarları olan çoxlu damar var.
Yeni doğulmuş körpə dərisinin dəyişiklikləri

Yeni doğulmuş körpə dərisinin dəyişiklikləri

Zaman keçdikcə uşağın dərisi daha yaxşı qoruma təmin edən bir yetkinin dərisinə bənzəyir Bunun sayəsində dəri artıq o qədər “şəffaf” deyil, qan damarları görünmür, rəngi demək olar ki, qırmızıdan açıq çəhrayı rəngə dəyişir. Dərinin Ph-ı neytraldan turşa çevrilir-mikroblara qarşı müqavimət artır. Həyatın ilk ilində dəridə suyun miqdarı və damar keçiriciliyi azalır. Tədricən piy və tər vəzilərin işi tənzimlənir3,4.

Yeni doğulmuş körpə dərisinin funksiyaları3-5

Yeni doğulmuş körpə dərisi böyüklərdə olduğu kimi eyni funksiyaları yerinə yetirir, ancaq anatomik və fizioloji xüsusiyyətlərə görə fərqlənir.

  • Nazik epidermis, dermis ilə zəif ələqəsi, dərinin neytral Ph-ı, lipid və immunitet çatışmazlığı səbəbiylə qoruyucu funksiya zəif ifadə olunur.
  • Yeni doğulmuş körpə dərisinin tənəffüs funksiyası böyüklərdən daha yaxşı inkişaf edib. Bu, dermisin çoxsaylı damarları və epidermisin yüksək keçiriciliyi ilə əlaqədardır. Böyüklərə nisbətən, dəri vasitəsilə körpənin bədəninə 8-10 dəfə daha çox oksigen daxil olur. Tənəffüs funksiyasını qorumaq üçün dərinin təmiz olması vacibdir - hər hansı bir çirk onun keçiriciliyini azaldır. Bir çox məlhəm və kremlər oksigenin dəriyə daxil olmasına mane olur-körpə üçün dəriyə qulluq vasitələri seçərkən bu nəzərə alınmalıdır.
  • Dərinin sorucu funksiyası da yaxşı inkişaf etmişdir: kremlər, məlhəmlər, məhlullar damar vasitəsilə bədənə sürətlə daxil olur.
  • Tər və piy vəziləri tərəfindən həyata keçirilən ifrazat funksiyası yeni doğulmuş körpə dərisində praktiki olaraq yoxdur. Tər vəziləri yalnız 3 aydan fəaliyyətə başlayır, 3 yaşdan isə tam tənzimlənir.
  • Yeni doğulmuş körpə dərisinin termorequlyator funksiyası mükəmməl deyil, tər vəzilərinin yetişməməsi səbəbindən körpə asanlıqla istilənir və soyuyur.
  • Dərinin sintetik funksiyası - faydalı maddələlərin əmələ gəlməsidir, uşaq bədəninin böyüməsi və dayaq-hərəkət sisteminin düzgün formalaşması üçün ilk növbədə vitamın D sintez olunur. Bu funksiya 3-4 həftəyə qədər tamamilə yerinə yetirilir.
  • Toxunma funksiyası dəridə yerləşən reseptorlarla əlaqələndirilir, körpənin ətraf mühitlə qarşılıqlı təsirində mühüm rol oynayır.
Körpələrdə mümkün olan dəri xəstəlikləri

Körpələrdə mümkün olan dəri xəstəlikləri3-5

Sadalanmış xüsusiyyətlərə görə yeni doğulmuş körpənin dərisi müəyyən xəstəliklərə meyllidir. Dərinin səthində çatlar, qızartılar, blisterlər daha asan əmələ gəlir, yoluxucu proseslər daha sürətlə inkişaf edir. Dəri bir çox funksiyanı yerinə yetirir və onu sağlam vəziyyətdə saxlamaq, mümkün xəstəlikləri vaxtında və düzgün müalicə etmək çox vacibdir. Bəzi hallarda valideynlər yeni doğulmuş körpələrdə bişməcə və ya qızartının səbəbini müstəqil müəyyən edə bilmirlər, buna görə də dərinin vəziyyəti dəyişdikdə uşağı pediatrına göstərməyə dəyər5.

Bişməcə

Bişməcə-yeni doğulmuş bir körpədə tez-tez rast gəlinən bir problemdir. Onlar sürtünmə və nəm ilə təmasda olan iltihab sahələridir, buna görə də dəri qatlarında və qulaqların arxasında əmələ gəlirlər. Yüngül dərəcəli bişməcə körpənin ümumi vəziyyətinə təsir göstərmir və dəriyə düzgün qulluq və komponentlərdən ibarət olan, xüsusi məlhəm dərmanlardan istifadə etməklə, təbii sağalmanı stimullaşdırır və dəridə nəfəs alacaq bir qoruyucu qat əmələ gətirir. Müalicə olmadan, Candida cinsinin bakteriya və ya göbələklərindən qaynaqlanan, bişməcənin yoluxucu ağırlaşmaları mümkündür. Yoluxucu fəsadlar ağır keçir: qaşınma, ülserlər, abseslər əmələ gəlir, uşağın rifahı pisləşir-pis yatır, yaramaz olur5.

İsilik və ya miliariya

Miliariya – xırda irinsiz səpki, bəzən kiçik suluqlar, dəriyə yalnış qulluq səbəbi ilə əksər hallarda qatlarda və sürtünmə yerlərində, bəzən də bədənin hər tərəfində əmələ gəlir. Miliariya qaşınma ilə müşayiət olunur, lakin uşağın ümumi rifahına təsir etmir və düzgün qulluq etdikdə yox olur3.

Allergik övrə (urtikariya)

Allergik övrə – qızartı, şişkinlik, bəzən suluqlarla müşayiət olan dərinin allergik reaksiyası. Bədəndə, üzdə, qol və ayaqlarda dəyişikliklər meydana gəlir, səpkinin elementləri birləşə bilər, xüsusilə də dəri qatlarında və parça ilə sürtünmə yerlərində. Körpələrdə urtikariya adətən kəskin olur,tez əmələ gəlir, simptomlar sürətlə artır və antiallergik dərmanlar istifadə edərkən yox olurlar. Urtikariyadan sonra dəridə izlər qalmır3.

Sızanaq

Allergik övrə – qızartı, şişkinlik, bəzən suluqlarla müşayiət olan dərinin allergik reaksiyası. Bədəndə, üzdə, qol və ayaqlarda dəyişikliklər meydana gəlir, səpkinin elementləri birləşə bilər, xüsusilə də dəri qatlarında və parça ilə sürtünmə yerlərində. Körpələrdə urtikariya adətən kəskin olur,tez əmələ gəlir, simptomlar sürətlə artır və antiallergik dərmanlar istifadə edərkən yox olurlar. Urtikariyadan sonra dəridə izlər qalmır3.

Sızanaq

Yenidoğulmuşlarda sızanaq doğuşdan sonrakı ilk 3 həftədə meydana gələn sızanaqdır. Bunun səbəbi, böyrəküstü vəzilərin ifraz etdiyi testosteron və ya kortikosteroidlərin doğuşundan əvvəl ananın orqanizmindəki çoxluğu ilə əlaqəli hormonal dəyişikliklərdir. Sızanaqlar müalicə tələb etmir və maksimum 2 həftədən sonra, daha tez-tez bir neçə gün ərzində öz-özünə gedir1-3.

Epidermolisis bullosa

Bəzi dəri zülallarında qüsur ilə əlaqəli bir irsi xəstəlikdir. Əsas simptom kiçik bir mexaniki təsir yerində suluqların meydana gəlməsidir1-3.

Piodermiya

Piodermiya – bütün irinli dəri xəstəliklərinin adıdır. Yenidoğulmuşlarda onlar daha çox Staphylococcus aureus ilə əlaqələndirilir, lakin digər mikroblar da buna səbəb olur. Piodermiya körpələrin ilk aylarında dərinin zəif qoruyucu xüsusiyyətlərindən qaynaqlanır, qələvi pH-ın vəziyyətini pisləşdirir və mikrozədələrin asanlıqla meydana çıxmasına səbəb olur. Saç follikulları ətrafında iltihab inkişaf edir: qızartı və dərinin qalınlaşması yaranır, qısa müddətdə şəffaf tərkibli suluğa çevrilir və sonradan irinli olur. 2-3 gündən sonra quru qabığ əmələ gəlir, qabığın altında sağalma prosesi gedir1-3.

Pseudofurunculosis

Yenidoğulmuşlarda yemək pozğunluğu (distrofiya) və ya ciddi xəstəliklər, immunitet çatışmamazlığı, yeni doğulmuş körpələrdə çoxsaylı abseslərinin olması mümkündür. Bədənin, ayaqların arxa səthində irin tərkibli böyük dərialtı düyünlər əmələ gəlir. Müalicəsi üçün antibiotiklər lazım olur, bəzən cərrahi müdaxilə tələb olunur1-3.

Hər bir xəstəliyin müalicə üsulları fərqlidir, buna görə düzgün diaqnoz qoymaq və düzgün dərman seçmək çox vacibdir.

Pink and Grey Curve