Körpənin dərisinə qulluq: dərinin quruluğunun xüsusiyyətlər və ona qarşı vasitələr

Yeni doğulmuş körpənin dərisi çox zərif, formalaşmamış örtük strukturudur. Dünyaya gəldikdən sonra, uşaq müxtəlif ətraf mühit şəraiti ilə təmas etməyə başlayır.

 

Yeni doğulmuş körpənin dərisi çox zərif, formalaşmamış örtük strukturudur. Dünyaya gəldikdən sonra, uşaq müxtəlif ətraf mühit şəraiti ilə təmas etməyə başlayır. Tərdən bişmiş yerlərin, quruluğun və qıcıqlanmanın əmələ gəlməsinin qarşısını almaq və ya onların öhdəsindən gəlməyə kömək etmək üçün onun dərisinə ehmallı qulluğun təmin edilməsi vacibdir.

Körpənin bədəninin bütün orqanları və sistemləri kimi, yenicə doğulmuşun dəri örtükləri hələ inkişaf etməmişdir və istənilən qıcıqlandırıcılara qarşı xüsusilə həssasdır1.

Uşaq dərisinin xüsusiyyətləri:

  • Üst təbəqənin boş quruluşu. Dərinin xarici qatının hüceyrələri sıx deyil və asanlıqla qopur. Aşağı qat (bazal membran) zəif inkişaf etmiş, az sayda sıx lifli sellülozdan ibarətdir. Buna görə, o, asanlıqla travma alır və infeksiyalara daha zəif şəkildə tab gətirir.
  • Üst təbəqənin boş quruluşu. Dərinin xarici qatının hüceyrələri sıx deyil və asanlıqla qopur. Aşağı qat (bazal membran) zəif inkişaf etmiş, az sayda sıx lifli sellülozdan ibarətdir. Buna görə, o, asanlıqla travma alır və infeksiyalara daha zəif şəkildə tab gətirir.
  • Körpənin piy vəziləri ana südünün hormonlarının təsiri altında ilk günlərdə artıq miqdarda dəri piyi ifraz edir. Daha sonra sekresiya normaya qayıdır və yenidən artıq cinsi yetişkinlik dövründə yenidən təkrar olunur.
  • Dərinin tər vəzilərinin inkişaf etməmiş olması, bu da yenicə doğulmuş körpənin həddindən çox isinməsinə gətirib çıxarır.
  • Körpənin dərisi nazik, formalaşmamış qatlardan daxil olan və epidermisdə yığılıb qalan mayeni toplayır. Bəzi maddələr (məsələn, sidik cövhəri) həmçinin dəri baryerlərindən yaxşı nüfuz edir və asanlıqla qıcıqlanma və allergiyaya səbəb olurlar1.

Yeni doğulmuşun dərisinin yetişkən olmaması, onun yüksək həssaslığı və keçiriciliyi xüsusi, diqqətli və ehtiyatlı, qulluq tələb edir.

Körpənin dərisinə qulluq qaydaları
  • Uşağın dərisinin sidik və nəcislə uzun müddət təmasda olmasına yol verməmək: bu qıcıqlanmaya və tərdən bişməyə səbəb olur;3
  • paltar yumşaq, ən yaxşısı təbii materiallardan birindən və tikişsiz olmalıdır;3
  • birbaşa günəş işığından yayının: formalaşmamış istilik mübadiləsi prosesi səbəbindən körpə həddindən artıq isinə bilər;3
  • uşaqda dəri quruluğuna və ya dermatitin inkişafına səbəb ola biləcək gündəlik qulluq üçün vasitələrdən istifadə etməmək; uşaq kosmetikasının tərkibində, imkan daxilində, konservant olmalı deyil;1
  • hava vannaları qəbul etmək: körpənin dərisinin "nəfəs almasına" imkan vermək, gigiyena prosedurlarından dərhal sonra uşaq bezini geyindirməmək;1
  • uşaq əmizdirmə həmçinin dərinin sağlamlığının qorunub saxlanmasına və ümumilikdə uşağın immunitetinin inkişafına səbəb olur.1

Bu asan tədbirlərə riayət edilməsi körpənin dərisinin sağlamlığı üçün optimal şərait yaratmaqda kömək edəcək.

Körpə uşağın əl-üzünün yuyulması

Uşağı əl-üzünü zərurət yarandıqca yumaq lazımdır. Uşağın üzünün hər bir hissəsinə diqqət yetirin. Səhər qulluğuna aşağıdakı prosedurlar daxildir:

  • pambıq tamponu ilə gicgahın, qaşların, gözlərin daxili künclərinin (hər bir göz üçün ayrıca tampon istifadə edin) silinməsi;
  • körpənin dərisinin qulaq seyvanı nahiyəsində işlənilməsi, belə ki, yedizdirmə zamanı uşaq südlü qarışığı və ya ana südü onun üzərinə düşə bilər: təmiz, nəm bir tamponla qulaqları və onların arxasındakı nahiyəni səliqəli bir şəkildə silin.

Zərurət yarandıqca, burnu da təmizləmək lazımdır. Steril pambıq çubuğunu fiziki məhlulda isladın və ehtiyatla, selikli qişanı zədələmədən, yumşaq fırlama hərəkətləri ilə, quru qabıqları götürün. Bütün hərəkətlər yavaş və səliqəli olmalıdır: körpənin dərisi çox incədir və onun zədələmək asandır.

Bədənə düzgün qulluq

Körpəni gecə yatmazdan öncə, axşam əmizdirdikdən sonra çimdirin – bu uşaqda düzgün gün rejiminin formalaşmasını stimullaşdırır.

Çimmək üçün suyu hazırlayın (optimal temperatur – 37-38 dərəcə, temperaturu ölçmək üçün xüsusi termometrdən istifadə edin). Uşağı belindən, başından və yanından dəstəkləyərək, yavaşca vannaya qoyun. İlk növbədə üz və baş sahəsini yuyun, daha sonra tədricən bədənin digər hissələrinə enin. Çimmək prosesinin sonunda uşağı təmiz su ilə yaxalamaq lazımdır. Çimdirmədən sonra suyun qalıqlarını yumşaq isti dəsmal ilə incə bir şəkildə silmək lazımdır: südəmər körpənin dərisinin çox incə olduğunu unutmayın, buna görə də onu sürtməyin. İndi uşağa əvvəlcədən hazırlanmış təmiz paltar geyindirmək olar. Bütün prosedur körpənin davranışından asılı olaraq 15-20 dəqiqə çəkir.

Çimdirmə zamanı xüsusi vasitələrdən istifadə etməmək də olar. Unutmamaq lazımdır ki, qələvi sabun və ya həddindən çox sərt su dermatitə səbəb ola bilər.

Uşaq qulluq vasitələrinə qarşı xüsusi tələblər irəli sürülür:

  • dərinin diqqətlə təmizlənməsi üçün uşaq losyonunun tərkibində süni aromatizatorlar və spirt olmalı deyil;
  • uşaq kremi və yağı yumşaldıcı və müdafiə xüsusiyyətlərinə malikdir, elastikliyi və möhkəmliyi artırır, onları dermatitdən sonra dəriyə qulluq zamanı istifadə etmək olar;
  • uşaq sabunun tərkibində qələvi komponentlər olmalı deyil;
  • çimdirmə üçün uşaq şampunundan həftədə 1-2 dəfədən çox istifadə etmək lazım deyil5.

Yenidoğulmuşun dərisi qurudursa, çimdirmə üçün xüsusi vasitələrdən istifadə etmək olar. Kosmetikanın hamısı ciddi şəkildə fərdi olaraq seçilir. Krem, losyon və digər vasitədən istifadə etməzdən öncə əmin olun ki, uşağın ona qarşı allergiyası yoxdur.

Yeni doğulmuş uşağın dərisi asanlıqla qıcıqlanır. Daha çox aşağıdakı problemlərə rast gəlmək olar.

Bələnmə dermetiti (tərdən bişmə) Daha çox bələnən və ya bez taxılan yerlərdə inkişaf edir. Yan, qasıq, xarici cinsi orqanlar, təbii qırışlar sahəsində qızartılar və şişkinliklər təşkil edir. Xoşagəlməz nəticəsi infeksiyanın qoşulması ola bilər ki, bu da irinlikli xəstəliklərin inkişaf etməsinə gətirib çıxara bilər. Uşaq ağlağan, şıltaq olur, yeməsi və yatması pis olur.

Dermatitin inkişaf etməsinin səbəblərindən biri körpənin təbii əmizdirmədən qarışıq və ya süni qidalanmaya keçirilməsidir. Bu, nəcis xüsusiyyətlərinin dəyişməsinə, onun tərkibində allergiya fermentlərinin miqdarının artmasına gətirib çıxarır. Uşağın uzun müddət ərzində nəm bezdə olması ona gətirib çıxarır ki, uşaq nəcis ifrazatlarının komponentləri dəri qıcıqlanmasına səbəb olur.

Bələnmə dermatiti zamanı yenidoğulmuşun dərisi necə qulluq tələb edir? Çalışın ki, uşaq mümkün qədər az vaxtı batmış bezdə olsun. Uşağı, ehtiyatla dərini dəsmalla qurudaraq, axar su altında tez-tez yuyun, hava vannaları tətbiq edin. Bəzi hallarda, xüsusilə, ağırlaşmalar zamanı, effektiv müalicə vasitələrinin təyin olunması üçün pediatr və ya dermatoloq konsultasiyası lazım olur. Dermatitdən sonra dərinin bərpa olunması üçün diqqətlə həkimin tövsiyələrinə və gigyena rejiminə riayət etmək lazımdır. Bələnm dermatiti (tərdən bişmə) zamanı körpənin dərisinin bərpası prosesinin sürətləndirilməi üçün dəridəki iltihabı aradan qaldıran, onun bərpasına kömək edən və uşaq bezinin altındakı xarici qıcıqlandırıcılara qarşı qoruyucu, nəfəs alan bir maneə yaradan məlhəm şəklində xüsusi vasitələrdən istifadə etmək olar. Belə vasitələrdən müntəzəm olaraq, uşaq bezinin hər dəyişməsi zamanı istifadə etmək tövsiyə olunur.

Quru dəri körpədə uşaqlar üçün olan qulluq vasitələrinin səhv seçilməsi zamanı, habelə ətraf mühit şəraitinin təsiri altında – həddindən artıq günəş altında olduqda, küləyin təsiri altında müşahidə oluna bilər. Ancaq həddindən artıq quruluq da həyəcan siqnalı ola bilər: o susuzlaşdırma, kifayət olmayan maye qəbulu, bəzi hallarda-düzgün olmayan qidalanma və ya endokrin sistemi xəstəliklərinin inkişafından xəbər verir. Bu problemin həll olunmasında pediatr yardım edəcək8.

Körpənin dərisinin quruluğuna müstəsna olaraq xarici amillər səbəb olursa, düzgün qulluğa diqqət yetirin. Çimdirmə üçün vasitəni dəyişin (və ya ondan imtina edin və dərinin vəziyyətini müşahidə edin). Pediatrla birgə xüsusi olaraq körpə uşağın dərisinə qulluq üçün keyfiyyətli nəmləndirici krem, yağ və ya maz seçin.

 

1. Qorlanov İ. A., Leina L. M., Milyavskaya İ. R. Yenidoğulmuşların dərisi: patoloji vəziyyətlərin diferensial diaqnostikası, baxım xüsusiyyətləri // Tibbi şura. 2013. № 2-3.

2. Adam R., Uşaq dərisinə gigiyenik baxım // VSP.2010. №5, s. 91-93.

3. Rıbkina N.L. Yenidoğulmuşun dərisinə baxıma müasir yanaşmalar // Müasir kliniki tibb xəbərləri. 2014. №6, s. 86-87.

4. Spok B. Uşaq və ona baxım. M.: Politexnika, 1991, s. 46. 

5. Yenidoğulmuş körpə dərisinə qulluq. Elmi əsaslı metodiki tövsiyələr. 2016, s. 66.

6. Şegelskaya T.Y. Uşaqların dərilərinə müasir baxım vasitələri atopik dermatit zamanı baza terapiyasının əsası kimi // Saratov elmi- tibbi jurnalı. 2016. №3, s. 488-489.

7. Keşişyan Y. S. Uşaq yaşlarında dərinin anatom- fizioloji xüsusiyyətləri // Tibb şurası, 2008. № 1-2. S. 57-60.

8. Protsenko T.V., Protsenko O.A. Dermatologiyada quru dəri sindromu: yaranma mexanizmi və müalicəvi- kosmetik baxım. Ukrayna dermatologiya, venerologiya, kosmetologiya jurnalı. 2009. - №3. – s. 62-65.