Bepanthol Derma Expert SPF 25 qoruyucu üz baxım kremi


Bepanthol Derma Expert SPF 25 qoruyucu üz baxım kremi
Bütün dəri tonları üçün
ProVitamin B5 Baxım Kompleksi, niasinamid və təbii lipidlər ilə zənginləşdirilmiş formulu, eləcə də SPF 25 sayəsində dərini nəmləndirir və UVA/UVB şüalarının səbəb ola biləcəyi zədələnmələrdən qorunmasına kömək edir. Təsiri klinik olaraq sübut edilmişdir. Günəş ləkələrinin yaranmasına qarşı gündəlik qoruma təmin edir. Dəridə yağlı hiss yaratmır.
SPF tərkibli gündəlik nəmləndirici krem axtaranlar üçün ideal seçimdir.
Həcmi: 50 ml
Ümumi məlumat
Quru və həssas dərilər üçün xüsusi olaraq hazırlanmış Bepanthol® Derma Expert intensiv üz baxım kremi ilk istifadədən etibarən dərini dərindən nəmləndirərək quruluq səbəbindən yaranan dartınma və qaşınma hissini azaltmağa kömək edir. Maska teksturalı formulu dərhal nəmləndirmə təmin edir və bu təsir 4 həftəyədək davam edir. Təkrarlanan dəri quruluğunun qarşısını almağa kömək edir, dəri baryerini gücləndirir və onun bərpasını dəstəkləyir. Dərinin təbii lipid və seramid səviyyəsini qorumağa kömək edir. Dermatoloji olaraq sınaqdan keçirilmişdir. Təsiri klinik olaraq sübut edilmişdir.
Dermatoloji olaraq sınaqdan keçirilmişdir.
- Təsiri klinik olaraq sübut edilmişdir.
- Dərini UVA/UVB şüalarının səbəb ola biləcəyi zədələnmələrdən qoruyur.
- Dərindən nəmləndirir və dəri baryerini dəstəkləyir.
- Komedogen deyil, məsamələri tıxamır.
- Gündəlik istifadə üçün uyğundur.
- Ətir tərkibli deyil.
Məhsul haqqında ətraflı məlumat
Bepanthol® Derma Expert intensiv üz baxım kremi dəri quruluğunun səbəbinə təsir edərək dərinin dərin qatlarına nüfuz edir və dərini daxildən xaricə doğru yanaşma ilə uzun müddət nəmləndirir. Qaşınan və quru dərini dərhal rahatlaşdırmağa kömək edir.
Tərkibindəki mütəxəssislər tərəfindən təsdiqlənmiş komponentlər:
- ProVitamin B5: Dəri baryerini dəstəkləyir.
- Niasinamid: Dəri ləkələrinin görünüşünü azaltmağa kömək edir. Dərinin hamar və nəmlənmiş qalmasını təmin edir.
- Təbii lipidlər (şi yağı və arqan yağı): Dəridə itirilmiş lipidləri bərpa etməyə kömək edir və dərini quruluqdan qoruyur.
- SPF 25: Dərini günəş şüalarının (UVA/UVB) səbəb ola biləcəyi zədələnmələrdən qoruyur.
İstifadə qaydası
Gündüz təmiz dəriyə tətbiq edin. Gün ərzində ehtiyac olduqda təkrar istifadə edə bilərsiniz. Ən yaxşı nəticə üçün Bepanthol® Derma təmizləyici və canlandırıcı üz yuma geli ilə birlikdə istifadə etməyiniz tövsiyə olunur.
Tövsiyə olunan dəriyə qulluq rutini
- Təmizləmə
- Nəmləndirmə və qoruma — gündüz
- Dəri tonunun bərabərləşdirilməsi və parlaqlıq — gündüz və gecə
Tez-tez verilən suallar
Bepanthol Derma Expert SPF 25 qoruyucu üz baxım kremi göz ətrafında istifadə edilə bilər. Tətbiq zamanı kremin gözə düşməməsinə diqqət yetirilməlidir.
Həkim məsləhəti ilə hamiləlik və ana südü ilə qidalandırma dövründə istifadəsində heç bir maneə yoxdur. Hamiləlik və ya ana südü ilə qidalandırma dövründə Bepanthol Derma Expert canlandırıcı üz baxım kremindən istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Böyüklər tərəfindən istənilən yaşda istifadə üçün uyğundur.
Bepanthol Derma Expert SPF 25 qoruyucu üz baxım kremi digər aktiv komponentlərlə birlikdə həkim məsləhəti əsasında istifadə edilə bilər.
Bepanthol Derma Expert SPF 25 qoruyucu üz baxım kremi komedogen deyil və bütün dəri tipləri üçün uyğundur. İstifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşə bilərsiniz.
Bepanthol Derma Expert SPF 25 qoruyucu üz baxım kremi kimi nəmləndirici məhsullar serumun dəridə qalmasına və onun təsirinin qorunmasına kömək etmək üçün serum tətbiq edildikdən bir neçə dəqiqə sonra istifadə edilməlidir.